Den Fogelman
Prodüser, rejissor, aktyor
Den Fogelman (ing. Dan Fogelman) ABŞ-da anadan olub. O, Nyu-Cersidə yəhudi ailəsində böyüyüb. Televiziya şoularında və filmlərində valideynlərinin prototiplərini istifadə edib. Fogelman karyerasına “Təkərlər” cizgi filminin ssenaristi kimi başlayıb. Bir müddət sonra televiziyada işləməyə başlayır və “Qonşular” serialının ssenarisini yazır. Den Fogelman həm də “Bu Axmaq Sevgi” (2011), “Anamın Lənəti” (2012), “Starpits” (2013) və sair filmlərin ssenarisini yazıb. “Volt” (2008) cizgi filminin çəkilişində və personajların səsləndirilməsi prosesində iştirak edib. Den Fogelman həmdə “Anamın Lənəti”, “The 12th Man” (2006) və başqa filmlərin prodüseri kimi fəaliyyət göstərib.