Coş Hollouey
Aktyor
Coşua Li (Coş) Hollouey 20 iyul 1969-cu ildə ABŞ-ın Kaliforniya ştatının San-Hose şəhərində anadan olub. Coş iki yaşında olanda ailəsi San Hosedən Corciya ştatına köçüb. Ailənin ikinci övladıdır. Üç qardaşı var. Çeroki orta məktəbini 1987-ci ildə bitirib. Yay tətilləri zamanı fermada fəhləlik edib, orada ölü cücələri toplamaqla məşğul olub. Coş erkən yaşlarından kino ilə maraqlanıb. Corciya Universitetinə daxil olsa da, bir ildən sonra təhsili yarımçıq qoyaraq, model kimi fəaliyyət göstərməyə başlayıb. Model olaraq bütün Avropa və Şimali Amerikanı gəzib. Daha çox “Sağ Qalmaq” populyar macəra serialında Soyer rolu ilə tanınır. Şəxsi həyatına gəlincə, 1 oktyabr 2004-cü ildə keçmiş rəfiqəsi – indoneziyal Yessika Kumalayla evlənib. Evlilik təklifini Havayi adalarında “Sağ qalmaq” serialının çəkilişlərinin başa çatmasından sonra edib. 2009-cu ildə cütlüyün Yava Kumala adlı qızı olub. 2014-cü ildə isə həyat yoldaşı Hanter Li adlı oğlunu dünyaya gətirib. “Sağ qalmaq” serialının çəkilişləri ilə əlaqədar, gah Havayidə gah da Los-Ancelesdə qalıb. Coş motorlu qayıqda gəzməyi, üzməyi, snouborda sürüşməyi və motosiklet sürməyi sevir. Bundan başqa asudə vaxtlarında idman məşğul olur, gitarada ifa edir. Sevimli yeməyi – qızardılmış toyuq və sevimli deserti isə şokoladlı piroqdur.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%A5%D0%BE%D0%BB%D0%BB%D0%BE%D1%83%D1%8D%D0%B9,_%D0%94%D0%B6%D0%BE%D1%88