Adam Qoldberq

Adam Qoldberq

Aktyor, rejissor, prodüser, bəstəkar, ssenarist, montajçı

BİOQRAFİYA

Adam Frederik Qoldberq - amerikalı kino və televiziya aktyorudur. 2 aprel 1976-cı ildə ABŞ-ın Kaliforniya ştatının Santa-Monika şəhərində Donna və Örl Qoldberqin ailəsində dünyaya göz açıb. Atası yəhudi, anası italyandır. Məktəb vaxtı Şekspirin dram tamaşalarından birini seyr etdikdən sonra aktyorluğa həvəsi yaranıb və yeniyetmə yaşlarından aktyorluq sənəti kurslarına getməyə başlayıb. Ekranlarda ilk əlamətdar rolu Billi Kristalın “Cənab şənbə axşamı” (1992) filmində oynadığı rol olub. Bir neçə il sonra rejissor Stiven Spilberqin II Dünya müharibəsi dövründə Normand əməliyyatından bəhs edən “Sıravi Rayanın xilası” filmində yəhudi əsilli piyada atıcı Stenli Melliş rolu ilə məşhurlaşıb. Teleekranlarda “Head cases”, “Öldürücü çəkic”, “Farqo” seriallarında oynadığı rolları ilə tanınır. Onun “Landy” adlı musiqi qrupu var. 2007-ci ildə “Parisdə iki gün” filmində Jüli Delpi ilə baş rola çəkilib. Qoldberq Los-Ancelesdə Digger adlı iti ilə yaşayır.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:


https://en.wikipedia.org/wiki/Adam_Goldberg

FİLMOQRAFİYA
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç