Cinn Triplhorn
Aktrisa
Cinn Tripplhorn 10 iyun 1963-cü ildə Tals şəhərində (Oklahoma ştatı) anadan olub. Atası “Gary Lewis & the Playboys” qrupunun keçmiş gitaristidir. Məktəbi bitirdikdən sonra KMOD radiostansiyasında dicey işləyib (Cini Sammers adı ilə). Tripplhorn 1990-cı illərin əvvəlində aktyor Ben Stillerlə nişanlı olub. 2000-ci ildə aktyor Lilend Orserlə ailə qurub. 2002-ci ildə onların oğlu olub. Teatr səhnəsində debütünü Nyu-Yorkda gerçəkləşdirib. 1992-ci ildə ilk dəfə olaraq Maykl Duqlasla birlikdə “Əsas instinkt” filminə çəkilib. Daha sonra Tom Kruzla “Firma”, Kevin Kostnerlə “Su aləmi” kimi blokbasterlərə mərkəzi qadın rollarına çəkilib. 1997-ci ildə “Üç bacı” adlı brodvey tamaşasında iştirak etməklə teatr səhnəsinə dönüş edib. Vaxtı qalanda kinofilmlərə ikinci plan rollara çəkilib, müstəqil filmlərdə isə baş rollara dəvət olunub. Tripplhorn son illər HBO telekanalının “Böyük Sevgi” (2006-2011) serialında oynadığı rolla tanınır. 2009-cu ildə “Boz bağçalar” telefilmində oynadığı Jaklin Kennedi Onassis roluna görə tənqidçilərin rəğbətini qazanıb. Bu rol həmdə ona “Emmi” nominasiyası qazandırıb. “Emmi” mükafatı nominantıdır (2009).
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%A2%D1%80%D0%B8%D0%BF%D0%BF%D0%BB%D1%85%D0%BE%D1%80%D0%BD,_%D0%94%D0%B6%D0%B8%D0%BD%D0%BD