Qvinet Peltrou

Qvinet Peltrou

Aktrisa, ssenarist

BİOQRAFİYA
Qvinet Peltrou 27 sentyabr 1972-ci ildə Los-Ancelesdə (Kaliforniya ştatı, ABŞ) rejissor Brüs Peltrou və tanınmış aktrisa Blayt Dannerin ailəsində dünyaya gəlib. O, “Haray” filmində debüt edib, daha sonra isə Stiven Spilberqin “Kapitan Krük” filmində kiçik rol ifa edib. Sonralar “Yeddi” filmində rol alan aktrisanın “Emma” filmindəki rolu da yaxşı qarşılanır. İki il sonra “Aşiq Şekspir” filmindəki roluna görə "Ən yaxşı qadın rolu" kateqoriyası üzrə “Oskar” mükafatına layiq görülüb. Karyerasının davamında çəkildiyi “Sübut”, “Tenenbaum ailəsi” filmləri ilə uğurlarını davam etdirib. 1994-1997-ci illərdə Bred Pitt ilə sevgili olur və nişanlanır. Az sonra cütlük ayrılır. Bu ayrılıq haqqında danışanda aktrisa evliliyə hazır olmadığını deyib. 1997-ci ildən 2000-ci ilə qədər Ben Affleklə sevgili olub. 2002-ci ildə aktrisa musiqiçi Kris Martinlə tanış olur. 2003-cü ildə cütlük evlənib. Bu evlilikdən onların Eppl adlı qız və Mozes adlı oğul övladı dünyaya gəlib, 2015-ci ildə boşanıblar. 2014-cü ildən “Xor” serialının çəkilişləri zamanı tanış olduğu prodüser Bred Felçakla münasibət qurub.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Gwyneth_Paltrow
FİLMOQRAFİYA
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç