Nikolas Kinq Nolti – amerikalı aktyor, üçqat “Oskar” mükafatı namizədi, “Emmi” mükafatı namizədi (1977), “Qızıl Qlobus” mükafatı laureatıdır (1992). Ən əlamətdar filmləri “48 saat” (1982), “Nyu-York hekayələri” (1989), “Qorxu məkanı” (1991), “Axınların hökmdarı” (1991), “Lorenso yağı” (1992), “Nazik qırmızı zolaq” (1998), “Halk” (2003), “Ruanda oteli” (2004), “Paris, mən səni sevirəm” (2006), “Sülhsevər döyüşçü” (2006), “Uğursuz əsgərlər” (2008), “Döyüşçü” (2011), “Padra” (2018) filmləri sayılır. Nolti üç dəfə evli olub. İlk həyat yoldaşı Şeyla Peyclə nikahı 1966-cı ildən 1970-ci ilə kimi davam edib. 1978-ci ildə Şerin Haddadla ailə qurub. 1983-cü ildə izdivaca rəsmi şəkildə xitam verilib. Üçüncü həyat yoldaşı Rebekka Linqerlə 1984-1994-cü illər ərzində evli olub. Birgə nikahdan Brouli adlı oğlu var. Noltinin eyni zamanda Debra Uinqer və Vikki Lüus kimi aktrisalarla romantik münasibətləri olub. 3 oktyabr 2007-ci ildə vətəndaş nikahında olduğu həyat yoldaşı Klayti Leyn ondan Sofi Leyn Nolti adlı qızını dünyaya gətirib. Aktyor ailəsi ilə birgə Malibu şəhərində yaşayır. Aktyor uzun müddət alkoqolizmdən əziyyət çəkib, 2002-ci ildə içkili vəziyyətdə avtomobil idarə etdiyinə görə həbs olunub.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Nick_Nolte