Alim Zairov

Alim Zairov

Bəstəkar

BİOQRAFİYA

Alim Zauroviç Zairov – qazaxıstanlı bəstəkar və musiqiçidir. 28 aprel 1988-ci ildə Almatı şəhərində (Qazaxıstan) anadan olub. Alimin atası Zaur Zairov tələbə olanda Almatının populyar “Ulan” qrupunun zərb alətləri ifaçısı olub. Alimin babası Musacan Zairov Kurmanqazi adına Qazax xalq alətləri orkestrinin təsisçisi və daha sonra direktoru olub. Alim orta məktəbi bitirdikdən sonra T.K.Jurqenov adına Qazax Milli İncəsənət Akademiyasına daxil olub (fortepiano ixtisası üzrə). 2015-ci ildə Jasulan Poşanovun “Şlaqbaum” filminə soundtrek yazıb. Həmin işə görə “Ən yaxşı kino musiqisi” nominasiyasında “Qazaxıstan kinotənqidçilərinin seçimi” mükafatına layiq görülüb. Film eyni zamanda Moskva Beynəlxalq kinofestivalında təqdim olunub, lentdə baş rolu oynamış Yerkebulan Dairov isə "Ən yaxşı kişi rolu" nominasiyasında “Müqəddəs Georgi” adına “Gümüş” mükafata layiq görülüb. 2016-cı ildə Akan Satayevin “Anaya aparan yol” filminə yazdığı musiqiyə görə yenidən “Qazaxıstan kinotənqidçilərinin seçimi” mükafatı laureatı olub.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://www.vokrug.tv/person/show/15534371961/

FİLMOQRAFİYA
Bəstəkar
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç