Olesya Qribok

Olesya Qribok

Aktrisa

BİOQRAFİYA

Olesya Qribok – Belarus aktrisasıdır. 12 dekabr 1987-ci ildə anadan olub. 2009-cu ildə kolleci fərqlənmə ilə bitirib. Ondan sonra birbaşa olaraq Belarus Dövlət Mədəniyyət və İncəsənət Universitetinin II kursuna daxil olub. Tələbə olduğu vaxt Olesya Qribok Minskdə “Müasir taper kinozalı” layihəsi çərçivəsində qastrolların təşkili ilə məşğul olub. Layihə üzərində apardığı uğurlu işdən sonra “Baş prodüser mərkəzində” TV layihəsinin ssenaristi olub. Bir aydan sonra “Epoxa: Hadisələr və insanlar” xronika-sənədli layihənin icraçı prodüseri olub. Bütün bu müddət ərzində paralel olaraq kinoya da çəkilib. 2010-cu ildə Olesya Qribok “Səmadan uca” layihəsində baş rollardan birini oynayıb. Daha sonra yerli teleseriallarda bir sıra əlamətdar rolları olub. Həyat yoldaşı İlya Maskeviçdir. 2013-cü ildən MDB kibersport çempionatının (Techlaps Cup) aparıcısıdır.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://www.vokrug.tv/person/show/olesya_gribok/

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç