Valentin Piqanov
Operator, aktyor
Valentin Vasilyeviç Piqanov – sovet və rusiyalı kinooperatordur. 26 sentyabr 1947-ci ildə Bakı şəhərində (Azərbaycan) anadan olub. İnstituta daxil olmazdan əvvəl Bakının müxtəlif nəşrlərində müxbir işləyib. 1974-cü ildə Ümumsovet Dövlət Kinematoqrafiya İnstitutunun operatorluq fakültəsini bitirib. 1972-ci ildən bəri kino sahəsində fəaliyyət göstərir. 1979-cu ildə quruluşçu-operator kimi “Mosfilm” studiyasında ilk filmini lentə alıb (“Təhlükəli dostlar” filmi). O daha çox “Ağ geyimli qadın” (1981), “Axşamdan günortayadək” (1981), “Əlvida, Meri Poppins” (1983), “Ən məlahətli və ən cazibədar” (1985), “SSRİ-də istehsal olunub” (1990) filmləri üzərində gördüyü işə görə tanınır.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın: