Boris Akunin

Boris Akunin

Ssenarist, yazıçı

BİOQRAFİYA
Boris Akunin (əsl adı Qriqori Şalvoviç Çxartişvili, d. 20 may 1956Zestafoni) — rus yazıçısı, yaponşünas alim, ədəbiyyatşünas, tərcüməçi, ictimai xadimdir. Qriqori Çxartişvili artilleriya zabiti, Böyük Vətən müharibəsi iştirakçısı, "Qırmızı Ulduz" ordeninin kavaleri Şalva Noeviç Çxartişvili (1919-1997) və Moskva Dövlət Universitetinin filologiya fakültəsinin məzunu, rus dili və ədəbiyyatı müəllimi Berta Isaakovna Brazinskinin (1921, Moskva - 2007) ailəsində anadan olub. Atası Tsixsperdi (indiki Ozurqeti bələdiyyəsi, Gürcüstan) kəndində doğulmuşdu, müharibəni mayor rütbəsi ilə başa vurmuşdu. Anasının ailəsi əslən Taraşidən idi. 1958-ci ildə ailə Moskvaya köçmüşdür. 1973-cü ildə ingilis dili təmayüllü 36 nömrəli məktəbi, 1978-ci ildə isə Asiya və Afrika ölkələri İnstitutunun (MSU) tarixşünaslıq və filologiya fakültələrini bitirib. Yapon və ingilis dillərindən bədii tərcümə ilə məşğul idi. Onun tərcüməsində Misima Yukio, Kenji Maruyama, Yasusi Inoue, Masaxiko Simada, Kobo Abe, Siniti Xosi, Takesi Kayko, Sexey Ooka kimi yapon müəlliflərinin əsərləri nəşr olunub. Habelə o, Amerika və ingilis ədəbiyyatının nümayəndələri - T.Koraqessan Boyl, Malkolm Bredberi, Piter Ustinov və digərlərinin də əsərlərini rus dilinə tərcümə edib. "Xarici ədəbiyyat" (rus: "Иностранная литература") jurnalının baş redaktorunun müavini (1994-2000), 20 cildlik "Yapon ədəbiyyatı antologiyası"nın baş redaktoru olub. "Xarici" (rus: "Иностранка") nəşriyyatında çalışmış, "Yorğunluğun müalicəsi" seriyasının tərtibçisidir. 1998-ci ildən bu yana B.Akunin təxəllüsü ilə bədii nəsr yazır. "B"-ni "Boris" olaraq kodlaşdırdığı bir neçə il sonra, yazıçıdan alınan müsahibədən aydın oldu. Yapon dilindəki "Akunin" (悪 人) Çxartişvilinin ədəbi qəhrəmanlarından birinə görə ("Almaz arabası" romanında), "cani, qəddar" kimi tərcüm+++ə olunur. Lakin başqa sözlə, şərin tərəfində dayanan nəhəng bir şəxsiyyət kimi də qələmə verilir (supercani). Tənqidi və sənədli əsərlərini əsl adı altında nəşr etdirir. "Yeni detektiv" seriyasından ona şöhrət gətirən roman və qısa hekayələrindən əlavə (Erast Fandorinin sərgüzəştləri), Akunin "Əyalət detektivi" seriyasını yaratmış (Pelageya bacının sərgüzəştləri), "Magistrın sərgüzəştləri", "Janrlar" və "Yorğunluğun müalicəsi" seriyasının tərtibçisi olub. 2000-ci ildə Akunin "Taclandırma və ya Romanovların sonuncu nümayəndəsi" əsərinə görə "Buker - Smirnoff" mükafatına namizəd olub, ancaq finalçılar arasına düşə bilməyib. Lakin həmin il "Antibuker" və "Taclandırma" mükafatının qalibi oldu. 2003-cü ildə "Azazel" romanı "Qızıl Xəncər" bölməsində Britaniya kriminal-yazıçılar Birliyinin qısa siyahısına düşmüşdü. Çxartişvilinin əsərləri ingilis, bolqar, macar, italyan, alman, polyak, fransız, isveç, yapon və digər dillərə tərcümə olunub. "Forbes" jurnalının rus versiyasına görə, Avropada və ABŞ-da ən böyük nəşriyyatlarla müqavilə bağlayan Akunin xaricdə tanınan 10 rus mədəniyyət xadimi arasındadır. "Komsomolskaya Pravda" qəzeti XXI əsrin ilk onilliyinin nəticələrinə görə Akunini Rusiyanın ən populyar yazıçısı elan edib. "Rospeçat"ın "Rusiyanın kitab bazarı"nın 2010-cu il üçün hesabatına görə, onun kitabları ən çox nəşr olunan ilk onluqdadır. Ailəlidir. Birinci həyat yoldaşı milliyyətcə yapondur. Akunin onunla bir neçə il yaşayıb. İkinci həyat yoldaşı - Erika Ernestovna korrektor və tərcüməçidir. Övladları yoxdur. 2014-cü ildən ailəsi ilə birlikdə Londonda yaşayır.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://az.wikipedia.org/wiki/Boris_Akunin
FİLMOQRAFİYA
Ssenarist
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç