İsa Hüseynov

İsa Hüseynov

Ssenarist

BİOQRAFİYA

İsa Mustafa oğlu Hüseynov (12 aprel 1928 və ya 12 iyun 1928, Muğanlı (Ağstafa), Qazax qəzası – 1 aprel 2014, Bakı) — Azərbaycanın görkəmli xalq yazıçısı, Azərbaycan SSR əməkdar incəsənət xadimi, ssenarist və kinoredaktor, "Nəsimi" mükafatının ilk laureatıdır (2012). İsa Hüseynov 1928-ci ildə Ağstafa rayonunun Muğanlı kəndində dünyaya gəlib. Atası Mustafa məktəb müəllimi olub. Orta məktəbi bitirdikdən sonra N.Nərimanov adına Tibb Universitetinə daxil olsa da (1945), 4 ay sonra kəndə qayıdıb. Sonradan Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsinə daxil olub. 1952-ci ildə Moskvadakı M.Qorki adına Ədəbiyyat İnstitutunu bitirib. "Azərnəşr"də Ədəbiyyat şöbəsinin redaktoru (1952-1954), "Literaturnıy Azerbaydjan" qəzetində nəsr şöbəsinin müdiri (1960-1964), C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında baş redaktor (1964-1968), redaktor (1968-1974), Ssenari şurası üzvü (1974-1979), Azərbaycan SSR Dövlət Kinemotoqrafiya Komitəsində baş redaktor (1979) vəzifələrində çalışıb. 1950-ci illərdən etibarən kitabları nəşr olunub. Ssenariləri əsasında ("Dəli Kür", "Tütək səsi", "26 Bakı Komissarı", "Nəsimi", "Ulduzlar sönmür" və s.) filmlər çəkilmiş, əsərləri xarici dillərə tərcümə olunmuşdur. "26 Bakı Komissarı" filmi 1968-ci ildə Ümumittifaq Leninqrad Festivalının ən yaxşı tarixi-inqilabi film mükafatını alıb. Məzarı Fəxri Xiyabandadır.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://az.wikipedia.org/wiki/%C4%B0sa_Mu%C4%9Fanna

FİLMOQRAFİYA
Ssenarist
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç