Menderes Samancılar

Menderes Samancılar

Aktyor

BİOQRAFİYA
Menderes Samancılar - türkiyəli kino və televiziya aktyorudur. 1 may 1954-cü ildə Türkiyənin Adana şəhərində doğulub. Menderes Samancılar çoxuşaqlı ailənin səkkizinci övladı olub. Hələ birinci sinifdən məktəbi atıb. O, uşaq yaşlarından tikiş fabrikində işləməyə başlayıb. Fabrikdə işlədiyi zaman asudə vaxtlarında Anton Çexov, Rıfat Ilqaz, Yaşar Kemal kimi yazıçıların kitablarını oxuyub. 1974-cü ildə "Fotoromanlar kralı" müsabiqəsində birinci yer tutub. 1975-ci ildə rejissor Yılmaz Durunun "İnce Memet vuruldu" filmində debüt edib. Daha çox "Babamın Kanatları" (2016), "Keşik qülləsi" (2012), "Sis" (1988), "Zıkkımın kökü" (1993) filmlərində oynadığı rolları ilə tanınır. IMDB məlumat bazasına əsasən, 2020-ci ilə qədər 90-a yaxın filmin və serialın çəkilişində iştirak edib. 

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://tr.wikipedia.org/wiki/Menderes_Samanc%C4%B1lar
FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç