Filipp Rukavişnikov
Aktyor
Filipp Aleksandroviç Rukavişnikov (20 iyun 1974) – rusiyalı heykəltəraş və keçmiş uşaq aktyorudur. Moskva Rəssamlar İttifaqının üzvüdür. 20 iyun 1974-cü ildə Moskvada Rusiya xalq artisti Aleksandr Rukavişnikovun ailəsində dünyaya göz açıb. Nijeqorod tacirlərinin nəzlindən olan ulubabası Mitrofan Rukavişnikov Roma İncəsənət Akademiyasının diplomlu məzunu olub. Babası Uilian Mitrofanoviç də heykəltəraş olub. 1983-cü ildə Filipp “Meri Poppins, görüşənədək” telemüziklində onyadığı Maykl Benks rolu ilə məşhurlaşıb. Sonralar yerli televiziyada “Prizma” adlı müəllif verlişinin aparıcısı olub. Aktyorluğa marağı olmadığından karyerasını elə heykəltəraşlıq və rəssamlıq istiqamətində davam etdirib. 2014-cü ildə Moskvanın “Spartak” stadionunda onun Starostnı qardaşlarına həsr etdiyi abidəsi ucaldılıb.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%A0%D1%83%D0%BA%D0%B0%D0%B2%D0%B8%D1%88%D0%BD%D0%B8%D0%BA%D0%BE%D0%B2,_%D0%A4%D0%B8%D0%BB%D0%B8%D0%BF%D0%BF_%D0%90%D0%BB%D0%B5%D0%BA%D1%81%D0%B0%D0%BD%D0%B4%D1%80%D0%BE%D0%B2%D0%B8%D1%87