Kənan Kalav

Kənan Kalav

Aktyor

BİOQRAFİYA
Kənan Kalav - türkiyəli kino və televiziya aktyorudur. 1 noyabr 1961-ci ildə anadan olub. Anası alman Suzi adlı xanım, atası türk kimya professoru Cavad bəy olub. İstanbulun özəl alman litseyini bitirdikdən sonra Mərmərə Universitetinin Jurnalistika bölməsinə daxil olub. Bundan başqa Münhendə turizm və otel işi ixtisası üzrə ali təhsil alıb. Barselonanın Gerona həbsxanasında uzun müddət cəza çəkib (narkotik maddələrin daşınması itihamı ilə). Həbsdən çıxdıqdan sonra bir müddət İspaniyada qalıb, Barselonada restoran işlədib. Türkiyədə yaşayan vaxt evinə basqın edən 3 polis tərəfindən döyülməsindən sonra bir daha vətəninə dönməyəcəyini özünə söz verib. Nesra adlı xanımla evlidir. Cankurt adında bir oğlu var. Əvvəllər türkiyəli aktrisa Ahu Tuğba ilə münasibətdə olub.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://tr.wikipedia.org/wiki/Kenan_Kalav
FİLMOQRAFİYA
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç