Gülse Birsel

Gülse Birsel

Aktrisa

BİOQRAFİYA

Gülse Birsel – türkiyəli aktrisa, ssenarist və jurnalistdir. 11 mart 1971-ci ildə İstanbul şəhərində anadan olub. Beyoğlu Anadolu məktəbini bitirib, Bosfor Universitetində iqtisadiyyat üzrə ali təhsil alıb. İkinci kursda oxuyanda jurnalistikaya meyl salıb və Aktüel jurnalının müxbiri kimi işləməyə başlayıb. 1994-cü ildə Bosfor Universitetini bitirdikdən sonra universitet nəzdində jurnalist və redaktor kurslarına gedib. Magistr dərəcəsini Kolumbiya Universitetində aktyorluq sənəti və rejissorluq ixtisası üzrə əldə edib. 1999-cu ildə jurnalist və teleaparıcı Murat Birsellə ailə qurub. 2002-ci ilin mart ayında “G.A.G” adlı komediya şousunun aparıcısı olub. 2004-2009-cu illərdə “Avrupa Yakası” komediya serialına ssenari yazıb və baş rollardan birinin ifaçısı olub. 2012-ci ildən “Yalan Dünya” serialına ssenari yazır.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
http://tvnovella.net/zvezdy-serialov/turetskie-aktrisy/gyulse-birsel-g-lse-birsel

FİLMOQRAFİYA
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç