Neytan Fillion

Neytan Fillion

Aktyor, prodüser

BİOQRAFİYA

Neytan Kristofer Fillion – kanadalı-amerikalı aktyordur. Daha çox “İşıldaquş”, “Baffi – vampi ovçusu” və “Kasl” seriallarında canlandırdığı obrazlarla yadda qalıb. Fillion 27 mart 1971-ci ildə Kanadanın Alberta əyalətinin Edmonton şəhərində anadan olub. Onun valideyləri Kuki və Bob Fillion ingilis dili müəllimləri olub. Fillionun özünnən böyük Ceff adlı qardaşı var. Fillion “Trinity” katolik gimnaziyasını bitirdikdən sonra Albert kollecində (Konkordiya universiteti nəzdində) oxuyub. Həmçinin Albert universitetinin məzunudur. Fillionun sözlərinə görə, Konfederasiya general-leytenantı Cubala A.Erlinin nəslindəndir. Damarlarından həmçinin Fransa kanadalıları və irlandların qanı axır. Fillion həm Kanada həm də ABŞ vətəndaşıdır. 2018-ci ilin sentyabr ayında Fillion “Təzəgələn” polis serialın baş rolu oynayıb. Serial real hadisələr əsasın lentə alınıb. Serialda ikinci plan qadın rolunu “Uncharted” qısametrajlı filmindəki tərəf müqabili Mirsi Monro oynayıb. Ancaq serialda ümumi səhnələri yoxdur.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%A4%D0%B8%D0%BB%D0%BB%D0%B8%D0%BE%D0%BD,_%D0%9D%D0%B5%D0%B9%D1%82%D0%B0%D0%BD

FİLMOQRAFİYA
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç