Sercio Leone

Sercio Leone

Rejissor, ssenarist, prodüser, aktyor

BİOQRAFİYA
Serco Leone (3 yanvar 1929 - 30 aprel 1989) italyan film rejissoru, prodüseri və ssenarist. Daha çox "spagetti vestern" növüylə bilinsə də, "Bir dəfə Amerikada" filmiylə yalnız vestern rejissoru olmadığını sübut etmişdir. 1929-cu il yanvarın 3-də Roma şəhərində anadan olan Sergionun atası Vinçenso Leone dövrün pioner kino işçilərindən biri, anası Edvic Valçarenqi isə səssiz filmlərdə çəkilən aktrisa idi. Məktəbdə oxuyarkən onun sinif yoldaşlarından biri gələcəkdə birlikdə bir neçə layihəyə imza atacağı əfsanəvi bəstəkar Ennio Morrikone idi. Atasının kinostudiyalarda işini yaxından izləyən Sergio artıq 18 yaşında olarkən universitetdə hüquq dərslərini atdı və kino sahəsinə gəlməyi qərara aldı. 1948-ci ildə o, Velosiped oğruları filmində rejissor Vittorio de Sikanın köməkçisi idi. 1950-ci illərdən etibarən o, ssenarilər də yazmağa başladı, “Quo Vadis” – 1951 və “Ben-Hur” – 1959 kimi amerikan filmlərində rejissor köməkçisi kimi çalışdı. 1959-cu ildə “The Last Days of Pompeii” (Pompeyin Son Günləri) filminin çəkilişləri zamanı xəstələnən rejissor Mario Bonnardın işini sona çatdırmaq Leoneyə həvalə edildi. 1961-ci ildə “The Colossus of Rhodes” (Rodos Heykəli) tarixi filmi ilə öz müstəqil rejissorluq debütünü etdi. 1960-cı illərdə tarixi filmlər bir qədər dəbdən düşdü və Leone amerikan “Western” janrından bəhrələnən italyan “Spaghetti Weatern” janrında filmlərə maraq göstərməyə başladı. 1964-cü ildə çəkdiyi “A Fistfull of Dollars” (Bir Ovuc Dollar) filmi yaponiyalı rejissor Akira Kurosavanın 1961-ci ildə ekranlaşdırdığı “Yojimbo (Yocimbo) filmi əsasında çəkilmişdi. Bu film amerikalı aktyor Klint İstvudu məşhur etdi. Buna qədər isə o, yalnız televiziya filmlərində kiçik rollar almışdı. Bu və Leonenin növbəti iki filmi – “For a Few Dollars More” (Bir Qədər Dollar Daha Çox) – 1965 və “The Good, the Bad and the Ugly” (Yaxşı, Pis və Zalım) – 1966 filmləri sonradan “Man with No Name” (Adsız Adam) və ya “Dollar” trilogiyası adı ilə məşhurlaşdı. Sonucu film trilogiyanın ən uğurlu filmi oldu. Ennio Marikoninin məşhur musiqisi də filmə böyük şöhrət gətirdi. Bu 3 filmin uğurunu görən Hollivud film şirkəti “Paramount Pictures” 1967-ci ildə onu “Once Upon a Time in the West” (Bir Zamanlar Qərbdə) filminin rejissor kürsüsünə dəvət etdi. Sergio Leone bu filmdə bir çox əfsanəvi “Western” filmlərinə istinad etmişdir. O dövrə film Şimali Amerikada kassa yığımında böyük uğur qazanmasa da, Avropada böyük hitə çevrildi. Bir çox film həvəskarları, kritiklər bu filmi Leonenin ən yaxşı filmi hesab edirlər. Leone 1989-cu il aprelin 30-da ürək tutmasından vəfat etdi.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://az.wikipedia.org/wiki/Serco_Leone
FİLMOQRAFİYA
Rejissor
Ssenarist
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç