Nino Kastelnuovo
Aktyor
Nino Kastelnuovo 1936-cı ildə Lekko (İtaliya) böyük ailədə anadan olub. Rəssam, çilingər və fəhlə kimi işləyib. Gəncliyində Milana köçüb, burada satış meneceri kimi çalışmağa başlayıb və Pikkolo Teatrındakı aktyor məktəbinə daxil olub. 1959-cu ildə Kastelnuovo ilk dəfə filmdə rol alıb, detektiv janrında olan "Lənətə gəlmiş qarışıqlıq" da kiçik bir rol oynayıb. Sonradan filmlərdə ikinci dərəcəli rolları oynamağa davam edib. 1964-cü ildə Kastelnuovo ona beynəlxalq şöhrət gətirən "Şerbur çətirləri" filmində baş rol oynayıb. Filmdəki tərəf-müqabili Katrin Denyöv olub. Film Ən Yaxşı Xarici Dilli Film nominasiyasında Akademiya Mükafatına namizəd olub və Kann Film Festivalında “Qızıl Palma” mükafatını alıb. Karyerası boyu İtalyan teatr səhnəsində çıxışını davam etdirib. 2005-ci ildə aktyor qlaukoma səbəbiylə tamamilə kor olub.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%9A%D0%B0%D1%81%D1%82%D0%B5%D0%BB%D1%8C%D0%BD%D1%83%D0%BE%D0%B2%D0%BE,_%D0%9D%D0%B8%D0%BD%D0%BE