Valentina Talızina

Valentina Talızina

Aktrisa

BİOQRAFİYA

Valentina İllarionovna Talızina – sovet və rusiyalı aktrisadır. 1985-ci ildə RSFS xalq artisti adını alıb. Atası İllarion Qriqoryeviç Talızın ruslaşmış tatarlardandır. Anası Anastasiya Trifonovna Talızinadır. Uşaqlıqda tarixlə maraqlanıb. Məktəbi bitirdikdən sonra Omsk Pedoqoji İnstitutunun tarix fakültəsinə sənədlərini verib. Ancaq uşaqlıq arzusu ürəyində qalıb və nəticədə Omsk Kənd Təsərrüfatı İnstitutunda iqtisadçı ixtisası üzrə ali təhsil almağa başlayıb. 1952-54-cü illərdə oxuyub, ancaq iqtisadçı ixtisasının ona uyğun olmadığını görərək, fərqli istiqamət götürüb. Hələ məzun olmazdan əvvəl dram studiyasının kurslarına gedib. Səhnə onu maqnit kimi özünə çəkib və 1954-cü ildə təhsilini yarımçıq qoyaraq, Rusiya Teatr Sənəti İnstitutuna (QİTİS) daxil olub. 1958-ci ildə məzun olduqdan sonra Mossovet adına Teatrda xidmət etməyə başlayıb. Valentina Talızina bir dəfə evli olub. Əri rəssam Leonid Nepomnyaşiydir. 1969-cu il təvəllüdlü Kseniya Xairova adlı qızı var. Kseniya Rusiya Mərkəzi Ordu Akademik Teatrının aktrisasıdır. 1999-cu il təvəllüdlü Anastasiya adlı nəvəsi var. Moskvada yaşayır.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://ru.wikipedia.org/wiki/%D0%A2%D0%B0%D0%BB%D1%8B%D0%B7%D0%B8%D0%BD%D0%B0,_%D0%92%D0%B0%D0%BB%D0%B5%D0%BD%D1%82%D0%B8%D0%BD%D0%B0_%D0%98%D0%BB%D0%BB%D0%B0%D1%80%D0%B8%D0%BE%D0%BD%D0%BE%D0%B2%D0%BD%D0%B0

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç