Yuriy Butırin

Yuriy Butırin

Rejissor, ssenarist, prodüser

BİOQRAFİYA

Yuriy Aleksandroviç Butırin – sovet və rusiyalı rejissor, multiplikator-rəssam, quruluşçu-rəssamdır. Yuriy Butırin 21 mart 1930-cu ildə Moskva şəhərində anadan olub. 1949-cu ildə M.İ. Kalinin adına Moskva Bədii-Sənaye Məktəbinin heykəltaraşlıq bölməsini bitirib. Məzun olduqdan sonra Böyük Vətən müharibəsi dövründə ziyan görmüş Moskva və Leninqrad binaların restavrasiyası ilə məşğul olub. 1956-cı ildə “Soyuzmultfilm” kinostudiyasının cizgi rəssamı kurslarına yazılıb və 1963-cü ildə bu ixtisasa yiyələnib. 1964-cü ildə multiplikator-rəssam kurslarını bitirib. 1968-ci ildə rejissor Boris Stepansevin “Balaca oğlan və Karlson” qısametrajlı cizgi filminin quruluşçu rəssamı kimi debüt edib. 1973-cü ildə rejissor qismində debütünü həyata keçirib. 1977-1979-cu illərdə “Belarusfilm” kinostudiyasında (Minskdə) çalışıb. 1980-1990-cu illərdə TO “Ekran Multtelefilm” studiyasının rejissoru olub. Orada “Keçərsən əlim”, “Nexoçuxa”, “Şəlpə qulaq” və digər cizgi filmləri və seriallarının yaradılmasında iştirak edib. Sonralar Butırin “Kristmas Filmz”, “FAF” və digər studiyaları ilə əməkdaşlıq edib. 1997-ci ildə “Neznayka Ayda” tammetrajlı cizgi filminin prodüseri olub. Butırin 30 mart 2016-cı ildə Moskva şəhərində vəfat edib.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%91%D1%83%D1%82%D1%8B%D1%80%D0%B8%D0%BD,_%D0%AE%D1%80%D0%B8%D0%B9_%D0%90%D0%BB%D0%B5%D0%BA%D1%81%D0%B0%D0%BD%D0%B4%D1%80%D0%BE%D0%B2%D0%B8%D1%87

FİLMOQRAFİYA
Rejissor
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç