Teyt Teylor
Aktyor, rejissor, prodüser, ssenarist
Teyt Teylor (ing. Tate Taylor) - amerikalı kinorejissor, ssenarist, aktyor və kinoprodüserdir. Daha çox “Qulluqçu” (2011) və “Qatardakı qadın” (2016) filmlərin rejissoru kimi tanınır. Teyt Teylor 3 iyun 1969-cu ildə ABŞ-ın Missisipi ştatının Cekson şəhərində anadan olub. Missisipi Universitetini bitirib. Bir müddət Nyu-Yorkda yaşayıb, sonradan Los-Anceles şəhərinə köçüb və orada kinematoqrafiya sahəsində çalışmağa başlayıb. Aktyor olaraq 1995-ci ildə “Şou Drü Keri” serialında debüt edib. Rejissor karyerasına 2003-cü ildə başlayıb, belə ki, “Cücə şənliyi” adlı qısametrajlı filmin rejissoru, ssenaristi, aktyoru və prodüseri qismində çıxış edib. Qısametrajlı film iyirmi müxtəlif kinofestivalda bir neçə mükafat alıb. Teylorun tanınmış aktrisa Oktaviya Spenserlə əməkdaşlığı həmin filmlə başlayıb. 2011-ci ildə onun iştirakı ilə çəkdiyi “Qulluqçu” filmi bir sıra mötəbər kino mükafatlara layiq görülüb. Tammetrajlı film rejissor və ssenaristi kimi 2008-ci ildə “Gözəl eybəcərlər” komediyasında debüt edib. Filmin çəkilişləri Çikaqo və Los-Ancelesdə aparılıb. Qəliz operator işi və möhtəşəm aktyor oyunu hesabına Teylor Hollivudun ən tələb olunan rejissor və ssenaristlərindən birinə çevrilir.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Tate_Taylor