Aleksey Serebryakov
Aktyor
Aleksey Valeryeviç Serebryakov – 3 iyul 1964-cü ildə Moskvada (Rusiya) anadan olub. Anası həkim, atası aviamühəndis olub. Aleksey musiqi məktəbində bayan sinfində oxuyub. Təhsil aldığı vaxt bir gün fotoşəkli “Veçernaya Moskva” qəzetində təhsil müəssisəsi ilə bağlı reportajda çıxıb. Məqalədəki həmin foto aktyor Vadim Spiridonova bənzəyən uşaq axtaran rejissor köməkçisinin gözünə sataşır və beləliklə, Aleksey “Əbədi haray” adlı Sovet teleserialının aktyor heyətinə qoşulur. Ardınca “Əlvan poqonlar” bədii filmində Vladimir Kovalyov rolunu oynayıb. 1986-cı ildə A.V. Lunaçarski adına Dövlət Teatr Sənəti İnstitutunu bitirib. 1986-1991-ci illərdə Oleq Tabakovun rəhbərliyi altında Studiya-teatrının aktyoru olub. 2009-cu ilin sentyabrında “Lenkom” teatrının aktyoru olub. “Moskva operettası” teatrının “Metro” müziklında və “Yeni” adlı antrepriz tamaşasında oynayıb. 2012-ci ilin əvvəlində ailəsi ilə birlikdə Kanadaya mühacirət edib. Aktyorun dediyinə görə, buna səbəb Rusiyada vətəndaş azadlıqlarının kütləvi şəkildə pozulması, getdikcə pisləşən sosial şərait olub.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://az.wikipedia.org/wiki/Aleksey_Serebryakov