Şeril Li

Şeril Li

Aktrisa

BİOQRAFİYA

Şeril Li – amerikalı aktrisadır. Başlıca olaraq müstəqil rejissorların çəkdiyi bədii filmlərə çəkilir. 1990-cı illərdə “Tvin Piks” kult serialında Lora Palmer rolu ilə məşhurlaşıb. Şerilin uşaqlığı ABŞ-ın Kolorado ştatının Boulder şəhərində keçib. Uşaq olanda rəqqasə olmağı arzulayıb, ancaq aldığı travmalar və keçirdiyi cərrahiyə əməliyatlarından sonra rəqsi atmalı olub. On beş yaşı olanda “Pis toxum” (The Bad Seed) tamaşasında səhnəyə çıxıb. 1985-ci ildə Fairview High School məktəbini bitirdikdən sonra Amerika Dram İncəsənət Akademiyasına daxil olub. Ardınca Şeril Sietl şəhərinə köçərək,  yerli teatrlardan birinin truppasına qoşulub. Bir müddətdən sonra rejissor Devid Linçlə tanış olur. 1989-cu ildə Los-Ancelesə köçüb. Şeril musiqiçi Cessi Daymondla (Jesse Diamond) evlidir. Birlikdə onlar Elayca adlı oğlan uşağı böyüdürlər.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%9B%D0%B8,_%D0%A8%D0%B5%D1%80%D0%B8%D0%BB

FİLMOQRAFİYA
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç