Saşa Cervasi
Ssenarist, prodüser, rejissor
Aleksandr Saşa Saymon Cervasi – britaniyalı kinorejissor, ssenarist və prodüserdir. “Müstəqil Ruh” və “Emmi” mükafatları laureatıdır. Kinoda ssenarist debütünü 1999-cu ildə “Böyük saç kəsimi” filmində gerçəkləşdirib. Ardınca 2004-cü ildə rejissor Stiven Spilberqin real hadisələrə əsaslanan “Terminal” (2004) dramının ssenari müəllifi olub. 2012-ci ildə çoxsaylı hollivud ulduzlarının iştirakı ilə çəkilmiş “Hitçkok” bayopikinin rejissoru olub. Saşa Cervasi 1966-cı ildə İngiltərənin paytaxtı Londonda anadan olub. Anası Milli Kesou əslən kanadalıdır. Atası Şon Cervasi Ağ Evdə Con F. Kennedinin iqtisadi müşaviri olub. Cervasi Vestminster məktəbində oxuyub, daha sonra Londonun Kral Kollecində müasir tarixşünaslıq üzrə ali təhsil alıb. Karyerasının əvvəlində Ervon Yazıçılar Fondunda Ted Hyüzun yanında çalışıb. Elmi dərəcə alandan sonra Semüel Bekketin Arxivində Con Kolderin köməkçisi vəzifəsini tutub. Böyük kinoya 1999-cu ildə ayaq basıb.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%94%D0%B6%D0%B5%D1%80%D0%B2%D0%B0%D1%81%D0%B8,_%D0%A1%D0%B0%D1%88%D0%B0