Çon Çje-İl

Çon Çje-İl

Bəstəkar

BİOQRAFİYA

Çon Çje-İl – cənubi koreyalı musiqiçi, müğənni, bəstəkar və musiqi prodüseridir. Pop musiqidən tutmuş koreya xalq musiqisinə kimi istənilən janrda çalıb-oxuyan hərtərəfli musiqi dühalarındandır. Musiqi ilə 3 yaşından məşğul olmağa başlayıb. İlk dəfə onu pianoda ifa etməyi anası öyrədib. 10 yaşından gitarada ifanı öyrənməyə başlayıb. Müstəqil şəkildə məşğul olan Çon, bir çox peşəkar musiqiçilərdən daha yaxşı ifa etməyi öyrənib. Peşəkar karyerasına “Gigs” qrupunun vokalisti və gitaristi kimi başlayıb. Bir sıra pop müğənnilərlə əməkdaşlıq edib, solo albomlar buraxıb. O həmçinin müxtəlif tamaşa və kinofilmlərə musiqi yazır. 2019-cu ildə bəstəkarı olduğu “Parazitlər” filmi “Qızıl palma budağı” mükafatına layiq görülüb.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://vk.com/jung_jae_il

FİLMOQRAFİYA
Bəstəkar
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç