Aleksandr Vaynşteyn

Aleksandr Vaynşteyn

Ssenarist, prodüser

BİOQRAFİYA

Vaynşteyn Aleksandr Lvoviç – tanınmış rusiyalı prodüser, jurnalist, teleaparıcı və mühəndisdir. “Kreml kuboku” adlı tennis turnirinin təsisçisidir. Nüfuzlu sovet mühəndisi Lev Vaynşteynin oğludur. 1 sentyabr 1953-cü ildə dünyaya gəlib. 1976-cı ildə Moskva Radiotexnika, Elektronika və Avtomatika İnstitutunu bitirib. 1976-1986-cı illərdə Moskva elektrik lampa zavodunun mühəndisi olub. 1986-1989-cu illərdə “MELZ” Mədəniyyət Sarayının direktoru vəzifəsini tutub. 1988-ci ildə “MELZ” Mədəniyət Sarayında rejissor Sergey Solovyovun “ASSA” filminin premyerasını təşkil edib. 1989-1991-ci illərdə “Moskovskie Novosti” həftəlik qəzetinin kommersiya direktoru və müəllifi olub. 1990-1995-ci illərdə “Kreml kuboku” tennis turnirinin baş direktoru vəzifəsini tutub. 1995-ci ildə “Moskovskie Novosti” İnformasiya Nəşriyyat Şirkətinin prezidenti təyin olunub. 1996-1998-ci illərdə Rusiya Futbol İttifaqının icraiyyə komitəsinin üzvü olub. 1997-1998-ci illərdə NTV telekanalında yayımlanan “Vek Futbola” həftəlik publisistik idman proqramının müəllifi, aparıcısı və prodüseri olub. 1998-ci ildə TV Sentr telekanalında “Futbol v dialoqax” proqramının müəllifi və aparıcısı olub. 1998-ci ildən Azad Mətbuat Akademiyasının baş direktorudur. 2000-2001-ci ildə RTR telekanalında “Futbol + TV” proqramının müəllifi və aparıcısı olub. 2002-ci ildən IMG Media şirkətinin baş direktorudur. Ən yaxşı idman proqramı nominasiyasında TEFİ televiziya mükafatının sahibi olub. Uzun müddət “Sovetskiy Sport” qəzetinin ştatdankənar müxbiri kimi çalışıb.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%92%D0%B0%D0%B9%D0%BD%D1%88%D1%82%D0%B5%D0%B9%D0%BD,_%D0%90%D0%BB%D0%B5%D0%BA%D1%81%D0%B0%D0%BD%D0%B4%D1%80_%D0%9B%D1%8C%D0%B2%D0%BE%D0%B2%D0%B8%D1%87

FİLMOQRAFİYA
Ssenarist
Prodüser
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç