Gennadi Qladkov
Bəstəkar, aktyor
Gennadi İqoryeviç Qladkov 18 fevral 1935-ci ildə Moskva (Rusiya) anadan olub. Sovet və rus bəstəkarı, kino və telefilmlərdə, cizgi filmləri və müzikllarda səslənən musiqilərin müəllifidir. Rusiya Federasiyasının xalq artistidir (2002). Bundan başqa, Qladkov kino üçün daha çox musiqi bəstələyir. Onun bəstələri “12 stul” (1977), “Adi möcüzə” (1978), ”Sviftin tikdiyi ev” (1983), “Sevgi formulu” (1984), “Əjdahanı öldürmək” (1988) “Uğur centlmenləri” (1971), “Nöqtə, nöqtə, vergül...” (1972), “İnsanlar və manekenlər” (1974), “Sən mənə, mən sənə!” (1976), “Don Sezar De Bazan” (1989), “Kaputsinlər bulvarından olan adam” (1987), “Dulsineya” (1980) və sair filmlərdə səslənir. Filmlərin və cizgi filmlərinin əksəriyyətində “Körpə və Karlson”, “Bremen musiqiçiləri”, “Karlson qayıdıb”, “Şir balası və tısbağanın mahnısı” və sair üçün bəstələrini özü ifa edib.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%93%D0%BB%D0%B0%D0%B4%D0%BA%D0%BE%D0%B2,_%D0%93%D0%B5%D0%BD%D0%BD%D0%B0%D0%B4%D0%B8%D0%B9_%D0%98%D0%B3%D0%BE%D1%80%D0%B5%D0%B2%D0%B8%D1%87