Alla Surikova
Rejissor, ssenarist, prodüser
Alla İlyiniçna Surikova — sovet və rus kinorejissoru, ssenaristi və pedaqoqudur. Rusiya Federasiyasının xalq artistidir (2000). Rusiya Federasiyasının Hökumət Mükafatı laureatıdır (2009). Rusiyanın Kinematoqrafistlər Birliyinin üzvüdür. Alla Surikova 6 noyabr 1940 –cı ildə Kiyevdə anadan olub. Kiyev Universitetinin filologiya fakültəsini (1965) rus dili və ədəbiyyat ixtisası üzrə bitirib. 1960-cı illərin sonunda Alla Surikova kinoya gəlir və “Balaca məktəb orkestri” (1968), “Siz yaşaya bilirsinizmi?” (1970) televiziya filmlərinin rejissor assistenti kimi çalışır. “Yeralaş” uşaq yumoristik kinojurnalının ideya müəllifidir (1972). 1973-cü ildə ssenaristlər və rejissorlar üçün ikillik ali kurslarını uşaq filmlərinin quruluşçu rejissoru bölməsini bitirib. Bədii rəhbər Qeorqi Daneliya olub. Onun qısametrajlı diplom işi “Yalan, balaca yalan və ya böyük xoşagəlməzliklər” filmi 1974-cü ildə Ümumittifaq “Gənc” kinofestivalında ən yaxşı rejissor işinə görə USSR Dövlət Kino mükafatına layiq görülüb. 2002-ci ildə “İkinci baxışdan məhəbbət” kitabını yazıb. 1999-cu ildən “Rusiya Gülümsə!” komediya kinofestivalının ideya müəllifi və prezidentidir. 2006-cı ildən “İnikas” gənc kino festivalının münsiflər heyətinin üvüdür. 2007—2008 –ci illərdə “Vətəndaş gücü” siyasi partiyasının Ali Sovetinin üzvüdür. 2011–ci ildən “Dünyanın o tayı” Saxalin Beynəlxalq kinofestivalının prezidentidir.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%A1%D1%83%D1%80%D0%B8%D0%BA%D0%BE%D0%B2%D0%B0,_%D0%90%D0%BB%D0%BB%D0%B0_%D0%98%D0%BB%D1%8C%D0%B8%D0%BD%D0%B8%D1%87%D0%BD%D0%B0