Eduard Akopov

Eduard Akopov

Ssenarist

BİOQRAFİYA

Eduard Tiqranoviç Akopov — sovet, rus ssenaristi, teatr dramaturqu və yazıçısıdır. SSRİ ssenaristlər gildiyasının (hazırki Rusiya ssenaristlər qildiyasının) ilk prezidenti olub. 24 iyun 1945-ci ildə Bakıda erməni ailəsində anadan olub. 1967–ci ildə Azərbaycan neft və Kimya İnstitutunu bitirib. Bir neçə il elektron cihaz və EHM mühəndisi vəzifəsində çalışıb. Hələ tələbəlik illərində yerli jurnallarda hekayələri çap olunub. 1972-ci ildə ssenarist və rejissorlar üçün ali kursları bitirib və kinodramaturq Budimir Metalnikovdan dərs alıb. Onun diplom işi “Olimpdən” olan adam” ssenarisi olub. Akopov “Əsgər və fil” (1977), “Uşaqlı ev kirayə verilir” (1978), “Tut” (1979), “Ərim olun” (1981), “İstirahət günləri üçün ata” (1985), “Kapusinlər bulvarından olan adam” (1987), “Dost” (1987) və sair filmlərin ssenaristi kimi tanınıb. SSSR kinematorqaflar Birliyinin üzvüdür. İki dəfə SSRİ ssenaristlər gildiyasının prezidenti seçilib. Ssenarisi əsasında Andrey Mironov, Valentin Qaft, Oleq Tabakov, Lev Durov, Yelena Proklova və sair aktyorların iştirakı ilə 30 artıq film çəkilib. Bir çox filmləri Fransa, İsveç, İsveçrə, Almaniya, Rusiyanın beynəlxalq festivallarında mükafatlara layiq görülüb. Hal-hazırda dramaturqun ssenariləri əsasında “Yalnız bircə dəfə” (2002), “Sovet dövrünün parkı” (2006), “Kapusinkalar bulvarından adam” (2009) filmləri çəkilib. Kinodramaturqlar gildiyasını üzvüdür.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%90%D0%BA%D0%BE%D0%BF%D0%BE%D0%B2,_%D0%AD%D0%B4%D1%83%D0%B0%D1%80%D0%B4_%D0%A2%D0%B8%D0%B3%D1%80%D0%B0%D0%BD%D0%BE%D0%B2%D0%B8%D1%87

FİLMOQRAFİYA
Ssenarist
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç