Qustav Kervern
Rejissor, ssenarist, prodüser, aktyor
Qustav Kervern – 27 dekabr 1962-ci ildə Mavrikidə anadan olub. Dənizçi Çarlz Kervernin nəslindəndir. “KEDGE” biznes məktəbində oxuyub. Məzun olduqdan sonra Parisə köçüb və “Canal +” telekanalında işləməyə başlayıb. 2004-cü ildə Benua Delepinlə birlikdə “Tərkedilmişlər” filminin rejissoru və ssenari müəllifi olub, ekran əsərinə eyni zamanda baş rola çəkilib. 2006-cı ildə Kervern və Delepin “Avida” adlı ikinci tammetrajlı filmlərini lentə alıblar. Film Kann kinofestivalında təqdim olunub və tənqidçilərin rəğbətini qazanıb. Kervernin Benua Deleinlə əməkdaşlığı sonralar da davam edib. Onlar birlikdə “Luiza Mişel”, “Fransanın sonuncu mamontu” və “Az qala ölümcül təcrübə” kimi filmləri ərsəyə gətiriblər. 2012-ci ildə rejissor Kann festivalının münsiflər heyəti xüsusi mükafatını qazanmış “Böyük Şənlik” filmini çəkib.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://www.vokrug.tv/person/show/gyustav_de_kervern/