İqor Kvaşa

İqor Kvaşa

Aktyor

BİOQRAFİYA
İqor Kvaşa — Rusiya Federasiyasının xalq artisti, tanınmış kino və teatr aktyoru, “Jdi menya” (Gözlə məni) verilişinin aparıcısıdır. İ.Kvaşa 1933-cü ilin fevralın 4-də Moskvada anadan olub. 1955-ci ildə M.Qorki adına Moskva Bədii Akademik Teatrının nəzdindəki studiya məktəbini bitirib. 1957-ci ildə isə “Sovremennik” teatrına dəvət alıb. O, ömrünün sonunadək bu teatrda çalışıb. İ.Kvaşaya RF-nın xalq artisti adı 1978-ci ildə verilib. “Sovremennik” teatrının yaradıcılarından biri, “Birinci kanal”ın “Jdi menya” verilişinin aparıcısı İqor Kvaşa 30 avqust 2012-ci il saat 17:00-da vəfat edib. Kinoda daha çox "Üç nəfərin ürəyi" (1992), "Əqrəb bürcü altında" (1995), "Həmin o Münqqauzen" (1979) filmlərində canlandırdığı obrazlarla yaddaşlarda qalıb. IMDB məlumat bazasına əsasən karyerası ərzində 62 film, serial və səsləndirmədə rolu olub. Son işi "Kin-dza-dza" filminin məşhur cizgi filmi adaptasiyasında (2013) Karuselçi personajının səsləndirilməsi olub.
 
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://az.wikipedia.org/wiki/%C4%B0qor_Kva%C5%9Fa
FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç