Endrü Devis

Endrü Devis

Rejissor, ssenarist, prodüser, operator

BİOQRAFİYA

Endrü Devis – amerikalı kinorejissor, ssenarist və prodüserdir. “Sükut kodeksi”, “Mühasirədə”, “Qaçaq”, “Qanundan üstün” və digər kəskin süjetli filmlər üzərində gördüyü işə görə tanınır. 21 noyabr 1946-cı ildə ABŞ-ın İllinoys ştatının Çikaqo şəhərində dünyaya göz açıb. Aktyor Natan Devisin oğludur. Qardaşı Riçard “Riçi” Piter Devis musiqiçidir və "Chicagi Catz kaver" qrupunun həmtəsisçisidir. Endrü orta məktəbi bitirdikdən sonra İllinoys universitetində jurnalistika ixtisası üzrə ali təhsil alıb. Paralel olaraq pasifist insan haqları fəalı olub, mütəmadi olaraq müharibəyə qarşı aksiyalarda iştirak edib. Gəncliyindən kinematoqrafiyaya maraq göstərib, karyerasına Blaxploitation kateqoriyalı filmlərin operatoru olaraq başlayıb. Onun müəllimi kinematoqrafist Haskell Ueksler olub. Onun rejissor debütü Stony Island tammetrajlı yarım bioqrafik filmi olub. Endrü Devis “Qaçaq”, Stiven Siqalın iştirakı ilə “Mühasirədə”, “Qanundan üstün”, “Xəzinə” və “Xilasedici” filmlərini çəkib. Splinter Cell: Chaos Theory oyunun videorolikinə quruluş verib. “Qaçaq” filminə görə “Qızıl qlobus” və Amerika rejissorlar gildiyasının mükafatına namizəd olub.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%94%D1%8D%D0%B2%D0%B8%D1%81,_%D0%AD%D0%BD%D0%B4%D1%80%D1%8E_(%D1%80%D0%B5%D0%B6%D0%B8%D1%81%D1%81%D1%91%D1%80)

FİLMOQRAFİYA
Rejissor
Ssenarist
Prodüser
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç