Mixayil Svetin

Mixayil Svetin

Aktyor

BİOQRAFİYA

Mixayil Semyonoviç Svetin - Sovet və Rusiya teatr və kino aktyorudur. 1996-cı ildə Rusiya Federasiyası Xalq artisti adını alıb. Mixayil Semyonoviç Svetin 11 dekabr 1929-cu ildə Kiyevdə fəhlə və kimsəsiz uşaqlar evi tərbiyyəçisinin ailəsində dünyaya göz açıb. Ata babası inqilaba qədər Krijopole şəhərində çörək dükanına sahib olub və kifayət qədər imkanlı olub. Ailə 1941-ci ildə almanların şəhərə daxil olduğu ərəfələrdə Kiyevdən Daşkəndə köçüb. Müharibə başa çatandan sonra Kiyevə geri dönüb. Hərbi xidmətdə olarkən özüyeriyən artileriya qurğuları taborunda və hərbi orkestrdə qulluq edib. Təxris olunduqdan sonra Kiyev Musiqi məktəbinin üçüncü kursunda yarımçıq saxladığı təhsilini davam etdirib. 1955-ci ildə Kiyev Musiqi Məktəbinin qoboy sinifini bitirib. Məzun olduqdan sonra bir müddət orta məktəbdə musiqi müəllimi olub. Rusiya Dövlət Teatr İncəsənət İnstitutuna və Boris Şukin adına Teatr İnstitutuna sənədlərini versə də, imtahanda uğur qazana bilməyib. Aktyor kimi Kamışin, Kemerovo, Petropavlovsk, İrkutsk, Penza, Petrozavodsk teatrlarında səhnəyə çıxıb. Bir müddət Arkadiy Raykin adına Teatrda çalışıb. 1964-cü ildə Kiyev Musiqili Komediya Teatrının truppasına qoşulub. 1970-ci ildə Leninqrad Kiçik Dram Teatrınının aktyor heyətinə daxil edilib. Geniş ekranlarda ona şöhrəti 1980-ci illərdə ekranlara çıxan “Sehrbazlar” və “Mexanik Qavrilovun cananı” filmlərində canlandırdığı obrazlar gətirib. Bu filmlərdən sonra Svetini “epizodlar kralı” adlandırmağa başlayıblar. Onu Leninqrad Teatrına dəvət edərək, şəhər mərkəzində mənzil hədiyyə ediblər. 30 avqust 2015-ci ildə Mixail Svetin ağır xəstəlik nəticəsində dünyasını dəyişib.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%A1%D0%B2%D0%B5%D1%82%D0%B8%D0%BD,_%D0%9C%D0%B8%D1%85%D0%B0%D0%B8%D0%BB_%D0%A1%D0%B5%D0%BC%D1%91%D0%BD%D0%BE%D0%B2%D0%B8%D1%87

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç