Aleksandra Yakovleva

Aleksandra Yakovleva

Aktrisa

BİOQRAFİYA

Aleksandra Yevgenyevna Yakovleva – Sovet və Rusiya teatr və kino aktrisası, kinorejissor, siyasi-ictimai xadim və dəmiryolçudur. Kinokaryerasını başa vurduqdan sonra “Rusiya dəmiryolları” ASC-nin Sürətli Rabitə Direksiyasının baş direktorunun müavini vəzifəsini tutub. “Yabloko” siyasi partiyasının Kalininqrad regional bölməsinin sədridir. Aleksandra İvanes 2 iyul 1957-ci ildə Kalininqrad şəhərində anadan olub. Uşaqlığında rəqslərlə maraqlanıb, musiqi məktəbində skripka dərslərinə gedib. Teatr karyerasına “Subbota” teatrının səhnəsində qədəm qoyub. 1978-ci ildə Leninqrad Dövlət Teatr, Musiqi və Kinematoqrafiya İnstitutunu bitirib. 1980-ci illərdə Sovet kinosunun ən populyar və tələb olunan aktrisalarından olub. 1993-cü ildə kinodan gedib. 1993-cü ildən ictimai fəaliyyətə başlayıb; Kalininqrad şəhərinin mədəniyyət və turizm məsələləri üzrə komitəsinin sədri vəzifəsini tutub. 2019-cu ildə keçmiş aktrisa iki il ərzində onkoloji xəstəlikdən əziyyət çəkdiyini mətbuata açıqlayıb.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%AF%D0%BA%D0%BE%D0%B2%D0%BB%D0%B5%D0%B2%D0%B0,_%D0%90%D0%BB%D0%B5%D0%BA%D1%81%D0%B0%D0%BD%D0%B4%D1%80%D0%B0_%D0%95%D0%B2%D0%B3%D0%B5%D0%BD%D1%8C%D0%B5%D0%B2%D0%BD%D0%B0_(%D0%B0%D0%BA%D1%82%D1%80%D0%B8%D1%81%D0%B0)

FİLMOQRAFİYA
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç