Kler Nado
Aktrisa
Kler Nado (Claire Nadeau) – fransız aktrisadır. 1 iyun 1945-ci ildə Parisdə ziyalı ailəsində anadan olub. Atası Moris Nado redaktor işləyib və kitablar yazıb, anası fransız dilindən dərs deyib. Qardaşı Kler Moris kinorejissorluqla məşğuldur. 13 yaşında Kler kino ilə maraqlanmağa başlayıb. Fransız sinematekasında işləməyə başlayıb, üç il sonra ilk dəfə olraq teatr səhnəsinə ayaq basıb. Teatr truppası ilə birgə qastrol turu zamanı həyat yoldaşı Filipp Brüno ilə tanış olub. Sonradan əri ilə birgə şirkətlərini təsis ediblər. Qızı Kler və Filippa Zoya Bruno teatr və televiziya aktrisalarıdır. Klerd kinoda debütünü 1974-cü ildə “Jülyett və Jülyett” filmində gerçəkləşdirib. Gənc aktrisa tamaşaçıların və tənqidçilərin sevgisini qazanıb və həmin vaxtdan seriallarda baş rollara və bədii filmlərə dəvət olunmağa başlayıb. Aktrisa karyerası ərzində 60-dan çox kino və televiziya layihəsində iştirak edib. Azərbaycan tamaşaçısı onu əsasən “Kapital” trilleri və “Banqkokda gəzinti” komediyasında oynadığı rollara görə tanıyır. Sonuncu filmdə Kad Merad, Elis Talyoni, Piter Koyot, Klod Perron, Keyt Moran, Jerar Jünyo kimi məşhurlarla çəkilib.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://www.vokrug.tv/person/show/claire_nadeau/