Yana Şivkova

Yana Şivkova

Aktrisa

BİOQRAFİYA

Yana Borisovna Şivkova - rusiyalı aktrisadır. 27 iyul 1975-ci ildə Moskvada anadan olub. Erkən yaşlarından aktrisa olmağı arzulayıb. Bu arzusunu məktəbi bitirdikdən sonra teatr məktəbinə daxil olmaqla gerçəkləşdirib. 1996-cı ildə B.V.Şukin adına teatr məktəbini bitirib. 1999-cu ildən kinoya çəkilir, “Ailə sirləri”, “Kamenskaya-1”, “Ağ rəqs” və “Həbsxanaya istəyirəm” kimi filmlərdə ilk rollarını oynayıb. 2000-ci ildə aktrisa “Sərhəd: Tayoj romanı” populyar serialının bəzi epizodlarında rol alıb. Elə həmin il Dmitri Pevsov və Olqa Drozdovanın baş rollara çəkildiyi “Vacib dayananacaq” meldoramında sarışın gözəlçə obrazını canlandırıb. Ardınca “Şübhə” (Oksana adlı tibb bacısı), “Cənab Rəis” (tibbacısı Valya), “Briqada” (Maşa, Vvedenskinin həyat yoldaşı), “Şatun” (Lüdmila) kimi serialların çəkilində iştirak edib. Rusiya ona şöhrət qazandıran ilk film, 2003-cü ildə ekranlara çıxan “Bumer” kriminal dramı olub.

 

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
http://stuki-druki.com/authors/Shivkova-Yana.php

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç