Nikolay İvasiv
Operator
Nikolay İvasiv – Sovet və rusiya operatorudur. 23 may 1953-cü ildə SSRİ-də anadan olub. 1975-ci ildə “Karaqanda” həvəskar kinostudiyasında “Plavka” adlı sənədli filmini çəkib. Həmçinin “Odessa” kinostudiyası ilə əməkdaşlıq edib. 1998-ci ildə Ümumrusiya dövlət kinematoqrafiya institunun operatorluq fakültəsini bitirib. Diplom işi Pyotr Lutsikin ilk tammetrajlı ekran əsəri olan “Okraina” filmi olub. 2001-ci ildə “Zülmət gecə” (Темная ночь) filmindəki operator işinə görə “Moskvin adına kino mükafatı ilə təltif olunub. “Kamenskaya”, “Ölümcül savaş” kimi serialların çəkilişinə operator olaraq rəhbərlik edib. 2015-ci ildə Oktay Mirqasımovun “Qisas almadan ölmə” tarixi dramında operator qismində iştirak edib. 2016-сı ildə 63 yaşında vəfat edib.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ovideo.ru/persona/17508