Samuel Bayer

Samuel Bayer

Rejissor, operator, ssenarist, aktyor, prodüser

BİOQRAFİYA

Samuel Devid Bayer — kino, reklam və musiqili video sahəsində amerikalı operator, rejissordur. The Strokes, Nirvana, Hole və Green Day kimi populyar musiqiçilər üçün klip çəkib. Smells Like Teen Spirit klipinin çəkilişləri üçün məhz Samuel seçilib. 2005 və 2007-ci illərdə ən yaxşı rejissorlua görə “MTV Video Music Award” mükafatı qazanıb. Reklam sahəsindəki bəzi işlərə görə Bayer “Clio Awards” mükafatına layiq görülüb. Coca-Cola, Toyota, Intel, Cadillac, Acura, Nissan, Mercedes-Benz, Pepsi Cola, Lincoln Aviator, Sony, həmçinin ABŞ silahlı qüvvələri və Jeep Şirkətləri üçün reklam çarxları çəkib. Onun Nike üçün çəkdiyi reklam 1997-ci ildə “Association of Independent Commercial Producers Award” mükafatı qazanıb. “New Line Cinema” və “Platinum Dunes” Şirkətləri məhz “Vyzov küçəsində Dəhşət” qorxu filminin klassik remeykinin quruluşunu məhz Bayerə həvalə ediblər. 2010-cu ilin martında ona sikvel çəkmək təklif etsələrdə, o yeni serialı yalnız bir film çəkəcəyini elan edib. Bayerin sözlərinə görə onun növbəti layihələri- “Fiasco Heights” filminin quruluşu və komikslərdən birinin ekranlaşdırılmasıdır.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%91%D0%B5%D0%B9%D0%B5%D1%80,_%D0%A1%D1%8D%D0%BC%D1%8E%D1%8D%D0%BB%D1%8C

FİLMOQRAFİYA
Rejissor
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç