ŞƏRTLƏR VƏ QAYDALAR
1. SAYT VƏ ABUNƏLİK
1.1 TVSEANS.COM öz istifadəçilərini internet üzərindən qısametrajlı, bədii və sənədli film və şou proqramlar
haqqında dolğun və hərtərəfli məlumat verən ensiklopedik saytdır. Tvseans vasitəsi ilə istifadəçilər
sevdiyi filmlər haqqında redaksiya tərəfindən hazırlanan və oxuculara rahat olan dildə təqdim olunan
materiallarla təmin olunurlar və buna görə tam müstəqil şəkildə, heç bir təzyiq oladan aylıq, illik və ya xüsusi abunəlik şərtlərini qəbul edirlər.
Abunəlik aşağıda sadalanan xidmətlərə görə ödənilir:
və s. mütəxəssislər haqda dolğun məlumat.
1.2 Bundan əlavə, Tvseans istifadəçilərə filmə baxmaq, internetdən nümunələr tapıb seyr etmək üçün Filmin Treylerini və/və ya açıq nümayişdə varsa, filmin bir neçə dildə və bir neçə keyfiyyətdə qısaldılmış və/və ya tam versiyasına baxmaq üçün saytlar tapmaqda vasitəçi ola bilər.
1.3 Siz Tvseans-a abunə olduqdan sonra seçdiyiniz paketə əsasən, saytdan ödənişsiz və ya ödənişli istifadə edə biləcəksiniz və saytda olan və yuxarıda sadalanan bütün mətnlər və materiallardan istifadə edə biləcəksiniz.
1.4 Siz TVSEANS.COM saytından dünyanın istənilən ölkəsində istifadə edə biləcəksiniz. Bunun üçün sizə təklif olunan dillərdən yalnız birini seçməlisiniz.
1.5 TVSEANS.COM saytının yenilənmiş versiyası barədə sizə müntəzəm olaraq xəbərdarlıq gələcək.
2. MƏSULİYYƏT VƏ LİSENZİYALAR
2.1 Eyni zamanda xatırlatmaq lazımdır ki,Tvseans hər hansı internet saytı üzərindən tapılan filmərə və/və ya onların hissələrinin müxtəlif icazələrinin və hüquqlarının olub-olmamasına, həmin saytların leqallığı və qanunauyğun və ya uyğunsuz hərəkətlərinə görə heç bir məsuliyyət daşımır. İstifadəçi və nümayişçi sayt arasında rabitə yaradılmasında Tvseans heç bir kommersiya və ya qazanc məqsədi güdmür.
2.2 Eyni zamanda Tvseans özünün istehsal etdiyi və/və ya aldığı və/və ya xüsusi müqavilələr əsasında lisenziyalanmış və rəsmiləşdirilmiş filmləri nümayiş edə bilər. Bu cür filmlərin nümayişi ödənişli və ödənişsiz ola bilər.
2.3 Tvseans yeni filmlər haqqında məlumatları, onların treylerləri və ya digər məhsulun son istifadəçiyə çatdırılması sürəti və tezliyi haqda qərarı özü verir və buna görə son istifadəçi qarşısında heç bir məsulıyyət daşımır. Digər kino saytlarında olan kontentə görə Tvseans məsuliyyət daşımır və yalnız özünün şəxsi proqram siyasətinə uyğun fəaliyyət göstərir.
2.4 Filmlər haqqında məlumat, treylerlər və ya digər kontenti Tvseans əməkdaşları bütün dillərdən azərbaycan, rus və ingilis dilinə tərcümə etməyə çalışır. Lakin bəzi hallarda bunu müəyyən səbələr nəticəsində edə bilmir. Türk dilindən Azərbaycan dilinə kontent ümumiyyətlə tərcümə olunmur.
3. TƏLƏBLƏR VƏ HÜQUQLAR
3.1 Tvseans-dan istifadə etmək üçün sizin internetə çıxışınız və sayta abunə olmağınız mütləqdir.
3.2 TVSEANS.COM saytında yerləşdirilən videokontentin keyfiyyəti sizin qurğunuzdan, yerləşdiyiniz ərazidən və internetinizin sürətindən asılı olaraq dəyişə bilər. Tvseans, son istifadəçi tərəfindən mövcud kontentin qəbulu keyfiyyətinə və sürətinə görə məsuliyyat daşımır.
3.3 TVSEANS.COM saytında dərc olunan materialları e-mail vasitəsi ilə info@tvseans.com xidmətindən rəsmi icazə almadan istifadə edə bilməzsiniz. Əks halda bu intellektual və özəl mülkiyyətin oğurluğu kimi qəbulolunacaq və Beynəlxalq Qanunlar əsasında ciddi şəkildə cərimələnəcək və cəzalandırılacaq.
3.4 Siz istədiyiniz zaman TVSEANS.COM saytına abunəliyinizi dayandıra bilərsiniz.
3.5 Tvseans-a abunə olmaq üçün sizin 18 yaşınız tamam olmalı, yaxud yaşadığınız ölkədə qəbul olunmuş qaydalarla yetkinlik yaşına çatmış olmalısınız. Yetkinlik yaşına çatmayanlar isə yalnız 18 yaşından yuxarı olan şəxslərin nəzarəti altında Tvseans-ın xidmətlərindən istifadə edə bilərlər.
3.6 Siz TVSEANS.COM saytının mülkiyyəti olan videokontenti icazəsiz yükləsəniz, ondan piratçılıq nümunəsi kimi istifadə etsəniz, Beynəlxalq Qanunlara müvafiq olaraq cəzalandırılacaqsınız.
3.7 Bütün istifadəçilərin hüquqları Tvseans zəmanəti ilə qorunur. İstifadəçi məlumatlarını qorumaq üçün biz ən güclü təhlükəsizlik tədbirlərindən istifadə edirik. Tvseans şəxsi məlumatlarınızı üçüncü şəxslərə satmayacaq və ya icarəyə verməyəcəkdir. Məxfiliyinizi qiymətləndiririk.
3.8 Aylıq və ya İllik abunə paketini alan müştərilərin ödəmələri avtomatik olaraq gələn müddətə keçirilmir. İstifadəçi Tvseans xidmətlərindən istifadə etməyi davam etdirmək istəyirsə, o özü müstəqil şəkildə abunə şərtlərini növbəti müddətə davam etdirir.
4. RƏYLƏR
4.1 Sayta abunə olan hər bir istifadəçi rəylər yaza bilər.
4.2 Hər bir bölmənin rəylər hissəsində istifadəçilər yalnız bu bölməyə aid rəylər yaza bilər. Filmlər bölməsində yalnız adı gedən film haqqında və/və ya texniki, çəkiliş və ya yaradıcı qrup, xəbərlər bölməsində yalnız adı haqqında bəhs edilən yazı haqqında rəylər dərc oluna bilər. Əks halda Tvseans xəbərdarlıqsız uyğun olmayan rəyləri siləcək. Bu cür hallar təkrar olunsa qaydanı pozan istifadəçilər dərhal bloklanacaq və aylıq və ya illik ödənişləri onlara qaytarılmayacaq.
4.3 İstifadəçilərin kobud, qeyri etik, təhqiramiz, digər istifadəçilərin və ya Tvseans əməkdaşlarının və/və ya Tvseans şirkətinin nüfuzunu alçaldan rəylər yazması qəti qadağandır. Bu cür qayda pozuntusuna imkan verən istifadəçilər dərhal bloklanacaq və aylıq və ya illik ödənişləri onlara qaytarılmayacaq.
5. İMTİNA
5.1 Siz istənilən vaxt Tvseans üzvlüyünü ləğv edə bilərsiniz və hesablaşma müddətinizin sonuna kimi Tvseans xidmətlərindən yaralana bilərsiniz.
5.2 Siz Tvseas xidmətləri üçün ödənişinizi müstəqil şəkildə və Tvseans tərəfindən heç bir təziqsiz həyata keçirdiyinizi nəzərə alaraq, sayt vasitəsi ilə etdiyiniz aylıq, illik xüsusi ödənişlər geri qaytarılmır və biz hər hansı qismən üzvlük müddətləri və ya istifadə olunmamış müddət üçün geri ödəniş təqdim etmirik.
5.3 Üzvlüyünüzü ləğv etsəniz, cari hesablaşma müddətinizin sonunda hesabınız avtomatik olaraq bağlanacaq. Əgər siz Ödəniş Metodu kimi üçüncü tərəflə hesabınızdan istifadə edərək Tvseans-a üzv olmusunuzsa və Tvseans üzvlüyünü ləğv etmək istəyirsinizsə, bunu elə seşdiyiniz üçüncü tərəf vasitəsilə, məsələn, müvafiq üçüncü tərəflə hesabınıza baş çəkərək və söndürməklə etməlisiniz. Lakin bu halda da Tvseans tərəfindən ödənişlər geri qaytarılmır.
6. ƏLAQƏ
6.1 Yaranmış problemin həlli üçün siz TVSEANS.COM saytının MÜŞTƏRİ XİDMƏTİ ilə əlaqə saxlaya bilərsiniz. Bunun üçün göstərilən e-mail ünvanına yaza bilərsiniz: info@tvseans.com
6.2 TVSEANS.COM saytında olan dəyişikliklər barədə məlumat ən geci 10 gün ərzində sizin e-mail ünvanınıza göndəriləcək və ya saytın üz qabığında dərc olunacaq.