HAQQIMIZDA

Ağır və yorğun iş günündən sonra hər birimiz kompüterin qarşısına keçib öz sevimli serial və filmimizi izləmək istəyirik. Əvvəllər yalnız televiziyalar
bu imkanı verirdisə, indi, yüksək texnologiyalar əsrində, bunu internet vasitəsilə asanlıqla əldə edə bilirik. Bunun üçün dünyada yüzlərlə sayt və portal
mövcuddur. Lakin təəssüflər olsun ki, bu saytlarda təqdim olunan keyfiyyət barədə eyni sözü deyə bilməyəcəyik.

TVSEANS.COM - Sizə Filmlər haqqında Azərbaycan dilində ən dolğun məlumat verməklə yanaşı, Sizə eyni zamanda Kino aləmindən maraqlı və ən yeni
xəbərlər verir, digər kinosevərlərlə yazışma və fikir mübadiləsi aparmaq imkanı yaradır və film, treylerlərin yüksək keyfiyyətlə internetdən nümunələr
taparaq, istifadəçiyə izləmək şansı verir. Seçilmiş filmlərin internetdən tapılması və sizə link şəkilində təqdim olunması isə fantastik sürətə başa gəlir.

Bizim digər missiyamız isə insanlara kino aləminin müxtəlifliyini çatdırmaqdır.

Saytımızda müxtəlif yaş həddi və zövqə uyğun filmlər haqqında məlumatlar, xəbərlər və məqalələr tapmaq mümkündür. Bunun üçün yalnız internetin
olması kifayətdir. Heç bir məbləğ ödəmədən siz TVSEANS.COM-da qeydiyyatdan keçə bilərsiniz.

Biz istifadəçilərə maksimal dərəcədə geniş seçim imkanı veririk. Kataloqumuza ən son Hollivud, Bollivud, Avropa, Rus kinematoqrafçılarının çəkdiyi filmlər,
Türk filmləri, Klassik hitlər, Sovet filmləri, dünyaca məşhur seriallar və cizgi filmləri haqqında məqalə və məlumatlar, foto və treylerlər daxildir.

TVSEANS-ı digər saytlardan fərqləndirən ən əsas xüsusiyyət isə onun filmləri üç dildə - Azərbaycan, Rus və Orijinal dildə internet vasitəsi ilə tapmaq imkanıdır.

Saytımızın sizə təqdim etdiyi digər yenilik isə filmlərin dublyajında istifadə olunan dil üslubudur. Belə ki, TVSEANS.COM bu vaxta qədər mövcud olan bütün
stereotipləri dağıdaraq filmləri xalqa yaxın dildə tapır və məişət üslubunda URL-ləri təqdim edir. Bu da filmlərin daha yaxşı qavranılmasına və  mənimsənilməsinə
kömək edir.

TVSEANS.COM saytı Kompüter, Planşet və müxtəlif mobil cihazlar vasitəsilə dəstəklənir. Yəni istənilən film və ya televiziya şousu haqqında məlumatları bütün
qurğularda qüsursuz izləmək mümkündür.

Biz Sizin bütün rəylərinizə açığıq. Bizimlə əlagə saxlayın: info@tvseans.com

Baş Ofis: Middle East and Africa, E1-1410A, Al Swan zone, Amberjem Tower, Ajman - UAE, Tel: +971 55 563 57 67
Nümayəndəlik: Europe and CIS, SW18 2QE, 65 East Hill, Wandsworth, London - UK, Tel: +44 7340 67 67 30
Nümayəndəlik: Caucasus & Central Asia, VOEN 2001101662, Muzaffar Hasanov str., 2, AZ 10, Baku, Azerbaijan, Tel: +994 50 688 48 52