Yırtıcı ( Predator 1987 ) yüksək keyfiyyətlə onlayn izlə

Xahiş edirik, filmə 1-10 arası qiymət verin
Təşəkkürlər! Qiymətiniz Milli Reytinq yaradılması üçün çox önəmlidir.
, ABŞ, 16+
Yırtıcı Predator
104 dəq.
az, ru, en
720p, 360p
Kəskin Triller Elmi-Fantastika
7.8 TvSeans   7.8 IMDb   7.8 Kinopoisk  
Filmi izlə
Sonra izlə

Təsvir

“Yırtıcı” insan ovu üçün Yerə gəlmiş yadplanetlidir. O “Komandos” xüsusi təyinatlılarının Mərkəzi Kəşfiyyat İdarəsi agentinin müşayiəti altında gizli əməliyyat apardığı cəngəlliyə daxil olur. “Holland” ləqəbli döyüşçünün dəstəsinin əsas missiyası vurulmuş ABŞ təyyarəsinin ekipaj üzvlərini xilas etməkdir. Elit döyüşçü qrup, ağacların hündür budaqlarından başıaşağı asılmış və tanınmaz hala gətirilmiş meyitləri tapana qədər hər şey plana uyğun gedir. Əməliyyatın uğursuzluğa düçar olduğunu görən dəstə üzvləri təxliyə nöqtəsinə geri dönür. Ancaq irəlilədikcə onlar cəngəllikdə tək olmadıqlarını və gözəgörünməz məxluqun onları təqib etdiyini anlayırlar. Yüksək maskalanma bacarığına malik yadplanetli, bir-bir döyüşçüləri ovlayaraq, onların kəllə və onurğa sütunlarını qənimət olaraq toplayır.


Film və serialları Azərbaycan dilində dublyajda izləyin, 720p və Full HD keyfiyyətdə Azərbaycanca dublyajda film və seriallar

Çəkiliş Qrupu

Rejissor(lar):
Con MakTirnan
Ssenarist(lər):
Cim Tomas, Con Tomas
Baş Rollarda:
Arnold Şvartsenegger, Karl Uezers
Digər Rollarda:  
Sonni Lendem, Bill Dük, Elpidiya Karrilo

Kadrlar


Rəylər

Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç

Kamran1414   13.10.2023
Arnoldun ən şedevr filmlərindən biridir.1987 ci ildə çəkilməsinə baxmayaraq hələ də möhtəşəmliyini qoruyur
1
Polad   06.02.2024
Sedevr deməzdim çox fanstasika var ən zor filmi terminator filmidi çox dramtik çəkilib çox kinosu var kralın
Kamran1414   16.02.2024
Baxın filmə yanaşma tərzi insan zövqünə görə dəyişə bilər.Düzdür Terminator filminin də öz ayrı gözəlliyi var,amma Arnoldu bilənlər bilir ki, ən gözəl filmlərindən biridir Yırtıcı filmi.1987 ildə çəkilməsinə baxmayaraq hələ də çəkiliş,senari,aktyor heyəti, musiqi ilə öz sözünü deyir.
1
Suarez98   16.04.2023
Super
1