Karl Uezers
Aktyor, rejissor
Karl Uezers – amerikalı aktyor, prodüser, rejissor və keçmiş amerikalı futbolçudur (reqbi). Karl Uezers 14 yanvar 1948-ci ildə ABŞ-da anadan olub. Aktyor karyerasından qabaq peşəkar səviyyədə Amerika futbolu ilə məşğul olub. Əvvəl “Ouklend Rayders” klubunun şərəfini qoruyub. Mövsümlər arası fasilələrdə yerli teatr tamaşalarında səhnəyə çıxıb. Sonra “Britaniya Kolumbiyasının şirləri” komandasına transfer olunub və Kanadaya köçüb. Ancaq 1974-cü ildə idmanla vidalaşaraq, özünü tam olaraq aktyorluğa həsr edib. Bir sıra televiziya və kino layihələrindən sonra ilk əlamətdar rolu “Rokki” filmində “Apollo Krid” adlı boksçu rolu olub. Kinoda “Rokki” filmlərində boksçu Apollo Krid, “Yırtıcı” fantastik trillerində Mərkəzi Kəşfiyyat İdarəsinin agenti Corc Dillon, “Gilmor bəxtəvəri” və “Nikki, balaca şeytan” filmlərində Çabbs Peterson rolları ilə məşhurlaşıb. Həmçinin “Gecikmiş inkişaf” komediya serialında özünün ekran versiyasını oynayıb.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%A3%D1%8D%D0%B7%D0%B5%D1%80%D1%81,_%D0%9A%D0%B0%D1%80%D0%BB