Kölgələrin oyunu ( Blacklight 2022 ) yüksək keyfiyyətlə onlayn izlə

Xahiş edirik, filmə 1-10 arası qiymət verin
Təşəkkürlər! Qiymətiniz Milli Reytinq yaradılması üçün çox önəmlidir.
, ABŞ, Çin, Avstriya, 16+
Kölgələrin oyunu Blacklight
104 dəq.
az, ru, en
1080p, 720p, 360p
Kəskin Triller
10 TvSeans   4.7 IMDb   5.2 Kinopoisk  

Təsvir

Travis Blok uzun illər FTB-də xidmət edib, lakin indi təqaüdə çıxıb. Təhlükəli və çətin iş ona yaxşı ata olmağa imkan verməyib və indi o, nəvəsinə mehriban və qayğıkeş baba olmaq istəyir. Sadəcə xidmət etdiyi qurum ona işi tərk etməyə imkan vermir. Onun əlinə Amerika siyasətçilərinə qarşı sui-qəsd cəhdi olunacağı haqqında informasiya keçir. Cinayətkarlar bütün məxfi məlumatlara sahibdirlər ki, bu da o deməkdir ki, FTB-də xain peyda olub. Travis onu tapmağı bacarır, lakin o, çox nüfuzlu bir insan olur. İndi qəhrəmanın qızı və nəvəsi böyük təhlükədədir, lakin Travis həyatında heç vaxt təslim olmayıb...
www.TVSEANS.com saytında HD keyfiyyətdə "Kölgələrin Oyunu" filminə onlayn baxın.
Film və serialları Azərbaycan dilində dublyajda izləyin, 720p və Full HD keyfiyyətdə Azərbaycanca dublyajda film və seriallar

Çəkiliş Qrupu

Rejissor(lar):
Mark Uilyams
Ssenarist(lər):
Mark Uilyams
Baş Rollarda:
Liam Nison
Digər Rollarda:  
Teylor Con Smit

Kadrlar


Rəylər

Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç

Samir   20.01.2024
Super filmdi tesekkur tvseans
1
Rasif Cəfərov   27.10.2023
Tv seans kollektivi.Yaxşı ki varsınız!!!
1
Günnur Məmmədov   16.08.2023
Əla filmdir tərcümədə superdir.John Wick 4 gözləyirəm,onu da yerləşdirin sayta.
2
senan   13.02.2023
Bu filme bu qeder eziyyet cekib dublaj etmeye deymezdi tv seans
Hasan   11.01.2023
Elə də maraqlı filim deyildi. Liam Nisonun mənə görə ən maraqsız kinosu idi.
1
Hüseyn   04.01.2023
Omar epps aid film tapilmadi halbuki onun ela Trick,Traffik vs filmleri var
Saytda odenisli Sifaris bolmesi olsa ela olardi
1
malibu   25.12.2022
salam problemi sizə bildirim deməli filmdə sonradan əlavə olan dublaj səsi filmdıki səsdən zəif olur . danışığı eşitmək üçün səsi yüksəltdikdə bu dəfə alt plandakı film səsi qulaq batırıcı olur bunu tək bu filmə yox digər dublaj filmlərə şamil edırəm . balans studiasına bildirinki dublajı filmə əlave edənda film səsi dublajı üstələməsin
2
TVSEANS_MV   26.12.2022
Hörmətli malibu, rica edirik qəbul edici avadanlığınıza bir daha nəzarət edin. Bizim stream eynidir və belə ola bilməz ki eyni film digərləri normal baxır Siz isə yox. Xahiş edirik ev kinoteatrı vasitəsi ilə baxırsınızsa əlavə kanalları söndürün.
Elmeddin   20.12.2022
Ela film idi.tesekkur Tv Seans
3
Comerd Qaya   19.12.2022
Filmə görə təşəkkür edirəm. Bir iradımı qəbul edin, zəhmət olmasa. Səsləndirmə bir az pis idi. Tərcüməni nəzərdə tutmuram, səsləndirmənin texniki tərəfinə işar edirəm. Sizə bir daha təşəkkür edirəm.
2
TVSEANS_MV   19.12.2022
Hörmətli Comerd, fikirlərinizə görə təşəkkür edirik. Lakin konkret iradınız olmasa Balans Dublyaj Studiyasına bu kimi iradı yollaya bilmərik. Razılaşın ki, bütün filmin dublyaji pis ola bilmez, yaqin hansısa fraqment və ya rol xoşunuza gəlməyib. Hər bir halda İzləyicilərimizin narahatlığı bizim üçün vacib siqnaldır və Sizin məmnunluğunuz bizə hər şeydən vacibdir! Əlavə dəqiqləşdirmələrinizi gözləyirik!
3
Nihad   10.12.2022
Salam admin sizden bir soz sorusum gelen ay ki odenishimde tezeden kart elave etmeliyemde yoxsa avtomatik olacag ?(avtomatik olmagini istemirem)
2
TVSEANS_MV   10.12.2022
Hörmətli Nihad, sualınıza görə təşəkkür edirik. Heç bir halda TVSEANS tamaşaçıların ödənişini avtomatik həyata keçirmir! TVSEANS-a abunə olmaq tamamilə sərbəst abunəçi tərəfindən edilir ki, Sizə daim qulluq edən bizim böyük komandamıza dəstək olasınız. Təşəkkür edirik ki, bizə abunə olursunuz!
7
Nihad   10.12.2022
Yeniden geri donduyunuz ucun tesekkur edirem cox sevindim kinolarda tez tez yuklense sevinerem
5
Faiq   10.12.2022
Tərcümənizi bəyənirəm. Film ama o qədər effektiv deyil, mənim şəxsi dəyərləndirməmdə orta səviyyədən aşağıdı. Qısa sözlə öz dilimizdə desəm Film "Yola verilib". Liam Nison nun rol aldıqı filmlər həmişə baxımlı və maraqlı olub. Bu nəsə o deyil ama. Yenədə izləmək istəyən buyursun. Diqqətinizə görə təşəkkürlər
4
TVSEANS_MV   10.12.2022
Hörmətli Faiq, bizim bədii şura da filmi məhz Liam Nisona görə seçib amma dediklərinizdə həqiqət yoxdur demək olmaz.
4
səxavət   09.12.2022
SALAM HƏR VAXTINIZ XEYİR HÖRMETLİ SEHİFE SAHİBİ NİYE SİZİN FİLMLƏRİNİZİ YÜKLƏMƏK OLMUR ÇOX XAİŞ EDİRƏM CAVABLANDIRASINIZ VE NECƏ YÜKLƏMƏK OLUR?
3
Elşən   22.12.2022
Elementar fakt budurki, yükləmək olsa saytın istifadəçi sayı açıq aşkar azalar.Mən istifadəçi olduğum müddətdə filmi yükləyib digər dostlarıma göndərərəm və onlar artıq sayta istifadəçi olmaqdan vaz keçərlər.Rəhbər mən olsam buna məndə razı olmaram.Buranı netflix ilə müqayisə etmək doğru olmaz.Ora illərdi özünü tanıtmış saytdır və daha çoxu.Tvseans-ı da o səviyyəyə çatdırmaq üçün mümkün qədər gəlirin artmasını əsas tutmaq lazımdır.Bir halda ki, izləyicilər demək olar hər şey razıdır və bu gedişlə tvseans yaxın illərdə daha böyük izləyiciyə sahib olacaq.Məhz bu reallaşdıqdan sonra biz izləyicilərə müəyyən "güzəştlər" oluna bilər
3
L.M   09.12.2022
Hörmətli Səxavət, sualınıza görə təşəkkür edirik. TVSEANS saytı - onlayn kinoteatrdır. Bizim amalımız Sizin asudə vaxtınızı rəngarəng etmək və Sizə hər dəfə yeni və biri-birindən maraqlı filmlər təqdim etməkdir. Yükləmə imkanı nəzərdə tutulmayıb ona görə ki biz hər zaman Sizin qulluğunuzdayıq və kompyuterinizi yükləmədən bütün sevdiyiniz filmləri TVSEANS vasitəsi ilə izləyə bilərsiniz. Xoş baxışlar Sizə!
5
Hüseyn Məhəmmədli   08.12.2022

Super filmdir! Təşəkkür TVSEANS! SPOYLER


2
TVSEANS_MV   08.12.2022
Salam, rəyinizə görə təşəkkür edirəm. Sizə qulluq etmək bizə şərəfdir. Sadəcə rica edəcəm ki Spoiler (filmin bütöv və ya bir parçasının mövzusu) paylaşmayın.
4
Султан Аязоглы   06.12.2022
Nəsə o deyil.
Rovshan İsayev   06.12.2022
Liam Nison varsa deməli həmin film superdi.
4
Rashay   06.12.2022
Yenede mohtesem goruntu ve ses. Isinizde ugurlar. Tvseans kollektivi qayitmaginiza sevindik
4
sahin   05.12.2022
ela coxdandi gozleyirdik ♥
2