Anadolunun əyalət qəsəbəsinə ilk ingilis dili müəllimi gəlir. Ancaq iş elə gətirir ki, sakinlər müəllimi başqa bir şəxslə səhv salırlar. Həmin andan kiçik qəsəbədə “dəyişiklik küləyi” əsməyə başlayır. Bu dəyişikliklərin fonunda bir-birilə əlaqəli üç nəfərin hekayəsi nəql olunur. Birinci hekayə Əhməd adlı gənc haqqındadır. O kənddə qalan bir qıza aşiqdir. Ancaq həm qəsəbə, həm də kənd sakinləri onların izdivacına qarşı çıxır. İkinci hekayə Zeynəp haqdadır. O yerli həkimdir və böyük şəhərdən əyalətə ezam olunub. O hörmətli bir şəxsə - Cəlal adlı müəllimə ərə getməyə hazırlaşır. Üçüncü hekayə isə itmiş sevgi məktubunu aşkarlayan Raqip adlı səkkiz yaşlı uşaqdan bəhs edir.
Film və serialları Azərbaycan dilində dublyajda izləyin, 720p və Full HD keyfiyyətdə Azərbaycanca dublyajda film və seriallar