Baran Akbulut

Baran Akbulut

Aktyor

BİOQRAFİYA

Türkiyəli aktyor Baran Akbulut daha çox “Aşkı-memnu” serialında və “Çanaqqala, 1915” tarixi dramında oynadığı rolu ilə tanınır. Baran Akbulut 1984-cü ildə İstanbul şəhərində anadan olub. Yeniyetmə yaşlarından kinematoqrafiyaya meyl salıb. Ona görə sənədləri məhz Anadolu universitetinin dövlət konservatoriyasının teatr fakültəsinə təqdim edib. Məzun olduqdan sonra 2008-ci ildə peşəkar karyerasına qədəm qoyub. Elə ilk rolu ona şöhrət qazandırıb; “Aşkı-memnu” serialında Beşir Elci rolunu oynayıb. Serial təkcə onun deyil, çəkiliş meydançasını bölüşdüyü digər aktyor həmkarlarının da populyarlaşmasına vəsilə olub. Daha sonra tamaşaçılar Baranı “Son” serialında Nihat rolunda görüb. 2012-ci ildə isə “Çanaqqala, 1915” hərbi dramında aparıcı rollardan birini oynayıb. Kamera qarşısına Riza Akın, Ufuk Bayraktar, Celil Nalçakan, Baris Çakmaqla birlikdə çıxıb.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://tr.wikipedia.org/wiki/Baran_Akbulut

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç