Filmdə hadisələr ötən əsrin 30-cu illərində Zalsburq şəhərində cərəyan edir. Mariya – uşaq olanda yetim qalmış cavan qızdır, rahibə olmağa hazırlaşır. Ancaq monastırın rəhbəri onun dünyəvi həyata və həyat tərzinə böyük yanğı göstərdiyini görür. Mariyanı sınamaqdan ötrü, onu kapitan Qeorq Lüdviq Fon Trappın evinə mürəbbiyə göndərir. Kapitan bu yaxınlarda həyat yoldaşını dəfn edib və təkbaşına yeddi uşaq böyüdür. Xanımının ölümündən sonra “həyat eşqi” ölüb və demək olar uşaqlarının qeydinə qalmır. Mariyadan qabaq bu evə çox dayələr və mürəbbiyələr gəlib-getsə də, yalnız o, qısa zamanda Fon Trapp ailəsinin məhəbbətini qazana bilir...
Film və serialları Azərbaycan dilində dublyajda izləyin, 720p və Full HD keyfiyyətdə Azərbaycanca dublyajda film və seriallar