On iki ildir İtan Maskarenhas əlil arabasına məhkumdur. Bədbəxt hadisə nəticəsində onurğası zədələnərək bütün bədəni iflic olub. Təəssüf ki, xəstəliyinin çarəsi yoxdur. Buna baxmayaraq gənc ruhdan düşmür. Əvvəlki kimi həyat eşqi ilə doludur və radio veriliş belə aparır. Belə vəziyyətdə sevgilisi Sofi onu tək qoymur. Sanki mələk kimi başına dolanır. İtanın yaşamaq həvəsi hədsizdir, lakin hər gün artan dəhşətli ağrılar onun vəziyyətini daha da ağırlaşdırır. Bu iztirablara artıq dözə bilməyən İtan məhkəməyə müraciət edərək ona qanunla qadağan edilmiş evtanaziya üçün icazə verilməsini xahiş edir.
Film və serialları Azərbaycan dilində dublyajda izləyin, 720p və Full HD keyfiyyətdə Azərbaycanca dublyajda film və seriallar