Ritik Roşan
Aktyor
Ritik Roşan 10 yanvar 1974-cü ildə Bombeydə (Hindistan) anadan olub. İki övladı var. "Ən yaxşı aktyor" mükafatına layiq görülüb. Uşaq vaxtı Ritik kəkələdiyinə və xarici görünüşünə görə utanırdı. Onun sağ əlində iki baş barmaq var idi (polidaktiliya). 14 yaşında xüsusi müalicə keçir və nitq problemindən qurtulur. Təhsilini Bombey Şotland Məktəbində alır. Ritik ilk dəfə olaraq 1980-ci ildə məşhur “Aaşa” filmində uşaq rolunu oynayır. 2000-ci ildə onun yetkin debütü "Məni sevdiyini söylə" filmi olur. Bu filmdə o ikili rol oynayır və film aktyora ikiqat uğur gətirir: "Ən yaxşı debüt rol" və "Ən yaxşı kişi rolu" üçün 2001-ci ildə "Xatirələr" filmində rol alır, (burada Karina Kapurla çəkilib) ancaq film tənqid olunur. Bu film Ritikin karyerasında ilk uğursuz filmi idi. Həmin il o, "Həm sevincdə, həm kədərdə" filmində, 2003-cü ildə o, "Yalnız deyilik" filmində rol alır.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın: