“Con Uik 4” Filminin Premyera Tarixi Açıqlandı!

27 May, 2019

“Con Uik 3”ün (John Wick: Chapter 3 – Parabellum) kassada uğurlu açılış etməsinin ardından vaxt itirmədən davam filminə razılıq verən Lionsgate, “Con Uik 4”ün (John Wick: Chapter 4) 21 may 2021-ci ildə premyerası olacağını açıqladı.

Son illərin ən uğurlu kəskin filmləri arasında yer alan Con Uikin (John Wick) üçüncü filmi “Con Uik 3”ün (John Wick: Chapter 3 – Parabellum), ötən günlərdə premyerası oldu. Həm tənqidçilərin, həm də filmsevərlərin rəğbətini qazanmağı bacaran film, kassada uğurlu açılış etdi. ABŞ-da ilk həfta sonunda 56.8 milyon dollar kassa gəliri əldə edərək uzun müddətdir birinci sırada yer alan “Qisasçılar: Final”ı (Avengers: Endgame) zirvədən endirməyi bacaran film, eyni zamanda Con Uik (John Wick) seriyasının ən yaxşı açılışını etmiş oldu. Türkiyədə də filmsevərlər tərəfindan maraqla qarşılanan “Con Uik 3” (John Wick: Chapter 3 – Parabellum), ilk həftə sonunda 219 min izləyici tərəfindən izlənildi.

Картинки по запросу Alan John Wick: Chapter 4

Seriyanın üçüncü filminin həm müsbət rəylər alması, həm də uğurlu açılış etməsi, Lionsgate’in vaxt itirmədən davam filminə rəsmi razılıq verməsinə səbəb oldu. “Con Uik 4”ə (Alan John Wick: Chapter 4) rəsmi razılıq verən studiya, seriyanın dördüncü filminin 21 may 2021-ci ildə premyerası olacağını açıqladı.

Davam filmində yer alacaq adlar mövzusunda her hansı bir detal paylaşılmamış olsa da, seriyaya adını verən Con Uiki (John Wick) canlandıran Kianu Rivzin (Keanue Reeves) dördüncü filmdə də baş rolu üstlənməsinə əminliklə baxılır.

Картинки по запросу Alan John Wick: Chapter 4

Böyük ekrandakı yolunu uzun illər davam etdirəcək kimi görünən Con Uik (John Wick) seriyası, bir yandan da televiziya dünyasına yol açmağa hazırlanır. Con Uik (John Wick) seriyasının baş verdiyi dünyada xüsusi bir yere sahib olan Continental’a hədəflənən The Continental adlı Con Uik (John Wick) serialı, qarşıdakı dövrlərdə Starz ekranlarında izləyicilərin ixtiyarına veriləcək.

Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç

Şəxslər