Yeni “Kabus Ovçuları” Filmi Duyğusal və Qorxuducu Olacaq!

23 May, 2019

Ceyson Raytmanın (Jason Reitman) yazıb, rejissorluğunu edəcəyi yeni “Kabus Ovçuları” (Ghostbusters) filmi haqqında danışan Den Eykroyd (Dan Aykroyd), yeni filmin həm duyğusal, həm də qorxuducu olacağını qeyd etdi. Çəkilişlərinə bu yay başlanacaq filmin, 10 iyul 2020-ci ildə premyerası planlaşdırılır.

1980-ci illərin  ən sevilən film seriyaları arasında yer alan “Kabus Ovçuları” (Ghostbusters)Ceyson Raytmanın (Jason Reitman) rəhbərliyində böyük ekrana geri qayıdır. Juno və Up in the Air kimi filmləri ilə tanınan, eyni zamanda orijinal “Kabus Ovçuları” (Ghostbusters) filmlərinin rejissoru Ivan Reitman’ın oğlu olan Ceyson Raytmanın (Jason Reitman), orijinal seriyayı davam etdirəcəyi deyilən yeni “Kabus Ovçuları” (Ghostbusters) filmini yazıb, rejissorluğunu edəcək. Baş rollarını Carrie CoonFinn Vulfhardın (Finn Wolfhard) üstlənəcəyi filmin çəkilişlərinə bu yay başlanacaq. 
 

Картинки по запросу Dan Aykroyd Wrote Ghostbusters High School Prequel Set In 1969

Hələ rəsmi bir açıqlama verilməmiş olsa da,  Bill Mürrey (Bill Murray), Den Eykroyd (Dan Aykroyd) və Erni Hadsonun (Ernie Hudson) da proyektdə yer alması gözlənilir. Ötən günlərdə verdiyi bir reportajında proyekt haqqında danışan Eykroyd, filmde rol alıb almayacağı haqqında bir açıqlama verməsə də, film üçün olduqca həyəcanlı olduğunu dilə gətirdi. Eykroyd film haqqında “Ivan Reitman’ın oğlu Ceyson, yaxşı bir ssenari yazdı, haqqında çox danışa bilmərəm amma çəkiləcək və ümid edirəm ki, bəzi tanış simalar da olacaq. Birinci və ikinci filmdən çox fərqlidir. Seriya son dərəcə duyğusal, eyni zamanda da ələ aldığı mövzunu əsas götürsək qorxunc yeni bir yönə aparacaq.


Похожее изображение

Ceyson Raytmanın (Jason Reitman) ssenarisini Gil Kinan (Gil Kenan) ilə birlikdə qələmə aldığı filmin sinopsisi belədir: Kiçik bir qəsəbəyə köçən bir ailə, qısa müddət sonra özləri haqqında heç bilmədikləri gerçəkləri kəşf edəcək.

Çəkilişlərinə qısa müddət içində başlanması planlaşdırılan yeni “Kabus Ovçuları” (Ghostbusters) filminin, 10 iyul 2020-ci ildə premyerası gözlənilir.

Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç

Şəxslər